Millət vəkilindən və Gömrük Komitəsindən Hesablama Palatasına etiraz…

Məmur-biznes təmasları gömrük sistemində sıfıra endirilib.

Etikxeber.az məlumat verir, bunu mayın 21-də Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov söyləyib.

Komitə rəsmisi deyib ki, şəffaflığın təmin olunması nəticəsində Dövlət Gömrük Komitəsinin 2018-ci ildə 2 milyard 430 milyon manat proqnozu artırılaraq, 3 milyard 190 milyon manat proqnoz müəyyənləşib, 2018-ci ilin sonunda isə bu proqnoz 244 milyon manat artıq yerinə yetirilib: “Hesablama Palatasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında rəyi komitədə müzakirədən 1 gün əvvəl təqdim edilib, bu rəylə ətraflı tanış olmaq üçün vaxt az olub. Bu rəy daha tez təqdim olunsaydı, yaxşı olardı”.

Baş İdarə rəisi bildirib ki, Dövlət Gömrük Komitəsi proqnozu 2018-ci ildə qarşıya qoyulan proqnozu 108 faiz yerinə yetirib.

Qeyd edək ki, deputat Vahid Əhmədov da Hesablama Palatasının rəyinin millət vəkillərinə bir gün əvvəl təqdim edilməsinə iradını bildirib.

Hesablama Palatasının sədri Vüqar Məmmədov isə ünvanlarına deyilən iradlarla razılaşmayıb.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Əcnəbilərə iş icazəsi verilməsi üçün yeni rüsumlar müəyyənləşir…

Read Next

“Büdcə geninə-boluna istifadə olunmamalıdır” – DEPUTATDAN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir