Millət vəkilindən vaksinasiya ilə bağlı-ÇAĞIRIŞ – FOTOLAR

Daha bir millət vəkili vaksinasiya olunub,

Etikxeber.az-ın xəbərinə görə, millət vəkili Bəhruz Məhərrəmova peyvəndin birinci dozası vurulub.

Bu haqda millət vəkilinin özü məlumat verib

“Pandemiya, iqtisadi böhran, müharibə və işğaldan azad olunmuş ərazilərimizdə başlanmış abadlıq quruculuq işlərinin iqtisadi yükünə baxmayaraq Prezident İlham Əliyev insan amilini yenə üstün tutdu və Azərbaycan Respublikası dünyada Covid 19 əleyhinə kütləvi peyvəndləmənin aparıldığı ilk ölkələrdən biri oldu. Bu gün Azərbaycanda peyvəndləmə mərhələli şəkildə, həm də dövlət hesabına aparılır.

Proses çərçivəsində üç gün öncə mən də peyəndləmədə iştirak etdim. Peyvəndləmədən narahatlıq keçirən, uydurulmuş nağıllara inanan, yaxud, sadəcə qorxan vətəndaşlarımızın diqqətinə çatdırım ki, heç bir narahatlığa ehtiyac yoxdur. Artıq 3 gün keçib və heç bir yan təsir hiss edilmir. Bu mənada elan olunmuş yaş və risk qrupları üzrə hər kəsi dövlətimizin bu ali məramından yararlanıb arxayınca peyvənd olunmağa səsləyirəm”-deyə, o, bildirib.

Etikxeber.az

Read Previous

“Kreml sahibi Paşinyanı hansısa yolla cəzalandırmağa çalışacaq…”-POLİTOLOQ ERMƏNİSTANDAKI SON DURUMU DƏYƏRLƏNDİRDİ

Read Next

“Kimsə bunları cəzalandırmalı idi, yoxsa yox? Kimsə onları çökdürməli idi, yoxsa yox? Biz bunu etdik…”- Prezident Şağan və Ramanada açılışlarda-İŞTİRAK VƏ ÇIXIŞ ETDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir