Millət vəkilləri – 5-Cİ ÇAĞIRIŞDA SONUNCU DƏFƏ TOPLAŞDILAR? – YENİLƏNİB – (3)

Bu gün 5-ci çağırış Milli Məclisin (MM) növbəti iclası keçirilir.

Etikxeber.az-ın xəbərinə görə, iclasın gündəliyinə 15 məsələ daxil edilib.

İclası spiker Oqtay Əsədov açıb.

Qeyd edək ki, bugünkü iclas 5-ci çağırış tərkibin sonuncu yığıncağı ola bilər.

***

İclasda “Tibbi sığorta haqqında” qanun layihəsi növbəti (üçüncü) oxunuşda müzakirəyə çıxarılıb.

Qanun layihəsinin keçid müddəasına təklif edilən dəyişikliyə görə, icbari tibbi sığorta ölkənin inzibatə ərazi vahidləri müvafiq icra hakimiyyəti orqanının yaratdığı orqan ( qurum) tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020- ci il ərzində mərhələli şəkildə tətbiq olunacaq.

Qanun layihəsi səsverməyə çıxaralaraq, sonuncu oxunuşda qəbul edilib.

***

İslasda eyni zamanda, “İcbari sığortalar haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunların ləğv edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihənin qeyd hissəsində bildirilir ki, “Tibbi sığorta haqqında” qanunda “İcbari sığortalar haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlarda nəzərdə tutulmuş sığorta haqqından ayırmaların icbari tibbi sığortanın maliyyə mənbələri sırasından çıxarılması təklif edilib.

Qeyd edək ki, “Tibbi sığorta haqqında” qanunda yuxarıda qeyd olunan dəyişikliklər təklif edildiyindən adıçəkilən qanunların ləğvi nəzərdə tutulub.

***

İclada həmçinin,  Ailə Məcəlləsinə övladlığa götürmə ilə bağlı təklif edilən dəyişiklik üçüncü oxunuşda qəbul edilib.

Dəyişiklik Ailə Məcəlləsində övladlığa götürmə sahəsində idarəetmə mexanizminin, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsi, eləcə də övladlığagötürmə prosesində şəffaflığın təmin edilməsi, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsini nəzərdə tutub.

Mövcud qanunvericiliyə əsasən, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların 3 pilləli uçotu aparılırdı. İlkin uçotu yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları, mərkəzləşdirilmiş uçotu 3 yaşına qədər uşaqlar üzrə Səhiyyə Nazirliyi, 3 yaşından yuxarı uşaqlar üzrə isə yeni yanaşma təkmil uçotun aparılmasına, uçotu aparılan şəxslər haqqında məlumatların real vaxt rejimində yenilənməsinə imkan verəcək.

Eyni zamanda, layihədə övladlığa götürmə prosesinin 3 mərhələdə aparılması nəzərdə tutulub. Bunlar- övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması, övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi (bu mərhələnin özündə də övladlığa götürmək istəyən şəxslərlə müsahibələr və mənzil şəraitinin yaxşılaşdırılması, təlim, uyğunlaşma, müəssisədə uşaqlarla görüş və sınaq müddətində ailədə yerləşdirmə kimi alt mərhələlər olacaq) və övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi mərhələlərindən ibarətdir.

Bu mərhələlər övladlığa götürmə prosesində övladlığa götürmək istəyən şəxslərin həm həyat şəraitinin, həm övladlığa götürməyə olan motivlərinin, həmçinin uşaqla onların uyğunlaşdırılmasının müəyyən edilməsinə imkan verəcək.

Həmçinin, nikahda olan şəxslər üçün minimum yaş həddi 25, nikahda olmayanlar üçün 30 yaş kimi müəyyən edilib.

***

Gündəlikdəki digər məsələlərin müzakirəsindən sonra MM-in plenar iclası başa çatıb.

Amma bundan sonra növbəti plenar iclasın olub-olmayacağı məsələsinə aydınlıq gətirilməyib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Xaricdə yaşayan soydaşlarla bağlı yeni qanun layihəsi hazırlanır” – RAFAEL HÜSEYNOV

Read Next

“Bu gün kənardan baxdıqda görürük ki…” – MEHMET CAHİT TURHAN – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir