Millət vəkilləri AŞPA-nın komitə iclasında iştirak edəcəklər

Milli Məclisin deputatları Müslüm Məmmədov və Vüsal Hüseynov Avropa Şurası Parlament Assambleyasının hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün noyabrın 12-də Fransanın paytaxtı Parisə yola düşəcəklər.

Parlamentin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, tədbirdə Vəkillik haqqında Avropa Konvensiyası barədə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, insan hüquqlarının müdafiəsi sahəsində öhdəliklərin yerinə yetirilməsi, yeni məruzəçilərin təyin edilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.

Milli Məclisin deputatları müzakirəyə təqdim edilən məsələlər barədə fikirlərini açıqlayacaq, təkliflərini verəcəklər.

Etikxeber.az

Read Previous

MEK tərəfindən növbəti viki-təlim keçirildi – FOTO

Read Next

UKRAYNA VƏ AZƏRBAYCAN RUSİYA SÜLHMƏRAMLILARINI İSTƏMİR – Politoloq yazır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir