Millət vəkilləri bu dəfə hansı komitələri-SEÇDİLƏR? – JALƏ ƏLİYEVA, FAZİL MUSTAFA, NAQİF HƏMZƏYEV, SAHİB ALIYEV…

6-cı çağırış Milli Məclisin (MM) martın 13-də keçiriləcək ikinci iclasında parlamentin komitələrinin tərkibləri təsdiqlənəcək.

Qeyd edək ki, millət vəkilləri özləri hansı komitələrdə fəaliyyət göstərmək istədikilərini öncədən MM rəhbərliyinə bildirir və onların istəyi nəzərə alınaraq, komitələrdə təmsilçilikləri rəsmiləşdirilir.

Onu da qeyd edək ki, əvvəllər, 5-ci çağırışa kimi, millət vəkilləri yalnız bir komitədə fəaliyyət göstərə bilirdilərsə, 5-ci çağırışda onlar ikinci komitədə də təmsil olunmaq hüququ tanınıb.

Millət vəkilləri bir yox, iki komitədə fəaliyyət göstərə bilərlər.

Eyni zamanda, komitə sədri olan millət vəkilləri də mütləq şəkildə digər-ikinci komitədə sıravi üzv kimi fəaliyyət göstərməlidirlər.

Bəs görəsən, millət vəkilləri bu dəfə hansı komitələrdə təmsil olunmaq fikrindədirlər?

Etikxeber.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev bu dəfə yenə İnsan hüquqları komitəsində, o cümlədən, Təbii ehtiyatlar, ekologiya və energetika komitəsində fəaliyyət göstərəcəyini bildirib.

Xatırladaq ki, N. Həmzəyev 5-ci çağırışda İnsan hüquqları, həmçinin, Gənclər və idman komitəsində fəaliyyət göstərib.

6 çağırışda MM-in İnsan hüquqları komitəsinə 5-ci dəfə millət vəkili olan Zahid Oruc, Təbii ehtiyatlar, ekologiya və energetika komitəsinə isə ilk dəfə mandat qazanan Sadiq Qurbanov sədr seçilib.

Onlar 6-cı çağırış seçkilərə qatılmayan Bahar MuradovaValeh Ələsgərovu əvəzləyiblər.

Millət vəkili Fazil Mustafa həm əvvəllər üzvü olduğu İnsan hüquqları, həm də ilk dəfə sədr müavini seçildiyi Mədəniyyət komitəsində fəaliyyət göstərəcək.

Mədəniyyət komitəsinə bu dəfə professor və 4-cü dəfə millət vəkili olan Qənirə Paşayeva sədr seçilib, o, akademik Rafael Hüseynovu əvəzləyib.

6-çı çağırışda MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini seçilən Sahib Alıyev ikinci komitə kimi, yenə də əvvəllər üzvü olduğu Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsini seçdiyini bildirib.

MM-in İctimai birliklər və dini qurumlar komitəsinə vitse-spiker, professor Fəzail İbrahimli sədr seçilib.

O, bu postda millət vəkili Siyavuş Novruzovu əvəzləyib.

S. Novruzov isə bu dəfə MM-in Regional məsələlər komitəsində sabiq millət vəkili Arif Rəhimzadəni əvəzləyib.

5-ci çağırışda MM-in Mədəniyyət komitəsinin sədr müavini olan professor Jalə Əliyeva bu dəfə həmin komitə ilə vidalaşacığını deyib.

Bildirək ki, J. Əliyeva yeni çağırışda MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini seçilib.

Bu vəzifəni də 5-ci çağırışda MM-in yeni spikeri olan Sahibə Qafarova icra edib.

J. Əliyeva eyni zamanda, ikinci komitə kimi, 5-ci çağırışda üzvü olduğu Əmək və sosial siyasət komitəsində fəaliyyətini davam etdirmək istədiyini bildirib.

Xatırladaq ki, bu çağırışda MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Əmək və sosial siyasət komitəsinin sədri isə Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev seçilib.

Onlar Aqiyə Naxçıvanlı ilə sabiq millət vəkili Hadi Rəcəblini əvəzləyiblər.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Milli Məclisin komitə sədrinin müavinindən-MARAQLI TƏHLİL…

Read Next

Milli Kitabxana koronavirusa görə-MÜVƏQQƏTİ BAĞLANDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir