Millət vəkilləri Dövlət Bayrağı Gününü “İstək”lə birgə qeyd etdilər – FOTOLAR – YENİLƏNİB

Quba “İSTƏK” liseyində Bayraq Günü münasibətilə tədbir keçirilib

Eldəniz Səlimov: “Dövlət Bayrağı Günü xalqımızın tarixində əlamətdar günlər sırasında ən öndə gələn əziz günlərimizdəndir”

Azər Badamov: “Bizim hər birimiz bu günlə fəxr etməliyik və edirik”

istek-5

istek

istek-2

istek-4

 Quba “İSTƏK”  liseyində 9 noyabr-Dövlət Bayraq Günü münasibətilə elmi-praktik konfrans təşkil olunub.

Etikxeber.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları Eldəniz Səlimov,  Azər Badamov, Tahir RzayevFəzail İbrahimli, “İSTƏK” liseyinin Ümumi işlər üzrə müşaviri Ağalar Əliyev, liseyin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbirə vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək başlanılıb.

Sonra konfransı giriş sözü ilə açan Quba İSTƏK liseyinin layihə rəhbəri Elnur Gülmalıyev qonaqları salamlayıb və dövlət rəmzlərinə hörmət və ehtiramı əks etdirən bu bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.

Daha sonra çıxış edən deputatlar Dövlət Bayrağı  Gününün mahiyyəti barədə şagirdlərə ətraflı məlumat verərək, milli-mənəvi dəyərlərə sahib olmaqla yanaşı, onları qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürməyin vacibliyini vurğulayıblar.

Bildirilib ki, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” 17 noyabr 2009-cu il tarixli Sərəncam bu bayramın əsasını qoyub.

Millət vəkili E. Səlimov Dövlət Bayrağı Gününün Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyət kəsb etdiyini, onun əlamətdar tarixlər, günlər sırasında öndə gəldiyini və bundan qürür duyulıduğunu söyləyib.

Millət vəkili A. Badamov isə qeyd edib ki, 9 noyabr  özünü azərbaycanlı hesab edən hər kəs üçün əziz və müqəddəsdir:

“Bizim hər birimiz bu günlə fəxr etməliyik və edirik”.

Dövlət başçısının müvafiq sərəncamına əsasən Bakıda dünyanın ən hündür bayraq dirəyinin inşa edilməsi və Dövlət Bayrağı Meydanının yaradılması Azərbaycanda Dövlət bayrağına yüksək qiymət verilməsinin göstəricisidir.

Məhz bu sərəncama uyğun olaraq noyabrın 9-u hər il Dövlət Bayrağı günü kimi təntənə ilə qeyd olunur.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan Dövlətinin suverenliyi rəmzidir. Dövlət bayrağı və digər mühüm atributların hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olduğunu, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığını qeyd ediblər.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Quba “İstək” liseyi müasir şəraiti və təhsil keyfiyyəti ilə ölkənin şimal – şərq bölgəsinin aparıcı təhsil müəssisələrindən biridir. Quba şəhərinin səfalı bir guşəsində yerləşən lisey tədris və tərbiyə prosesini yerləşdiyi coğrafi ərazinin əhalisinin qətiyyət və əzmi ilə zənginləşdirərək şagirdlərin mükəmməl bir şəxsiyyət kimi yetişməsinin təməlini qoyur. Quba “İstək” liseyinin modern görünüşü, müasir sinif otaqları, kompyuter, təbiət elmləri laboratoriyaları, idman meydançaları, kitabxana, beynəlxalq tələblərə cavab verən avadanlıq və dərs ləvazimatları ilə təchiz olunması valideyn və şagirdləri istədikləri təhsil ilə təmin edir. Liseydə təhsil almaq üçün həyata keçirilən qəbul imtahanları ilə hər il yüzlərlə şagird milli dəyərlərə sadiq, yüksək təhsilli, dövrün tələblərinə uyğun bilik və bacarıqlara sahib şəxsiyyət kimi yetişmək imkanı əldə edir. İSTƏK (İstedad,Təhsil,Kariyera) liseyi 2014-cü ildən Təhsil Nazirliyinin 074503 saylı lisenziyası əsasında təhsil xidməti göstərən ümumtəhsil müəssisəsidir.Təhsil prosesində dövlət təhsil stsndartları və beynəlxalq proqramları birgə tətbiq edən İSTƏK liseyi milli dəyərlərə sədaqətlə şagirdlərə dövrün tələblərinə uyğun bilik və bacarıqlara sahib olmasına imkan yaradır.Liseyin peşəkar pedaqoji təcrübəyə əsaslanan tədris prosesi,bir-birindən maraqlı social fəaliyyətləri və zəngin tədris vasitələri hər bir şagirdi istədiyi təhsil ilə təmin edir.

İSTƏK liseyinin 2016-2017-cı tədris ilində nəaliyyətləri:
• 309 məzununun 99 %-i ali məktəblərə qəbul olunub, onlardan 53-ü ali məktəblərə qəbul imtahanında 600 baldan çox toplayıb, 6 məzun

Prezident təqaüdünə layiq görülüb

Prezident təqaüdçülərimiz!
Abdulla Əsgərzadə, Gəncə İSTƏK liseyi – 700 bal
Rüstəm Məmmədli, Şirvan İSTƏK liseyi – 695 bal
Azər Məmmədli, Lənkəran İSTƏK liseyi – 695 bal
Elnur Şahbalayev, Quba İSTƏK liseyi – 695 bal
Çingiz Məhərrəmli, Xalqlar Dostluğu İSTƏK liseyi – 686 bal
Amal Cəfərov, Xalqlar Dostluğu İSTƏK liseyi – 682 bal
• İSTƏK Beynəlxalq Məktəbin məzunlarının 76%-i

KAİST, George Washington, Hong-Kong Politexnik, Bristol, Manchester kimi xarici universitetlərə qəbul olunub:

-22 məzun məktəbi qızıl və gümüş medalla bitirib.

-Respublika Fənn olimpiadalarında 45 medal qazanılıb.

-Beynəlxalq olimpiadalardan 48 medal qazanılıb.

Etikxeber.az

Read Previous

“Biz bu gün iqtisadi müstəqilliyi təmin etmişik…” – PREZİDENT – FOTO – YENİLƏNİB (3)

Read Next

“Bayrağımız qürur mənbəyimizdir!” – DEPUTAT DÖVLƏT BAYRAĞI GÜNÜNDƏN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir