Millət vəkilləri yenidən parlamentdə – OMBUDSMANA YENİ SƏLAHİYYƏT VERİLMƏSİ TƏKLİF OLUNDU – YENİLƏNİB – (2)

Növbədənkənar sessiya başladı-Gündəliyə yeni qanun layihəsi salındı

Bu gün-iyunun 13-də Milli Məclisin (MM) növbədənkənar sessiyası öz işinə başlayıb.

Etikxeber.az xəbər verir ki, növbədənkənar sessiyasının ikigünlük plenar iclaslarının gündəliyinə ümumilikdə 36 məsələ daxil edilib.

Sessiya dövlət himninin səslənməsi və oxunması ilə öz işinə start verib.

Qeyd edək ki, ikigünlük plenar iclasların gündəliyində 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi ilə yanaşı, Hesablama Palatası, dövlət rüsumu haqqında qanunlara, Əmək Məcəlləsinə, Cinayət Məcəlləsinə, Mülki Məcəlləyə və digər qanunvericilik aktlarına dəyişiklikləri nəzərdə tutan qanun layihələri var.

Həmçinin, gündəliyə tam yeni qanun layihəsi daxil edilib.

Bu, “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsidir.

Qanun layihəsi birinci oxunuşda müzakieələrdən keçiriləcək.

meclis-oqtayyyyy

***

Deputat təklif verdi, spiker baxılmasını tövsiyə etdi

“2004-cü ildən indiyə qədər ombudsmanın qanun layihəsi və qanunvericiliyə dəyişikliklə bağlı 25 təklifi parlamentdə qəbul edilib”.

Bunu isə MM-in  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüsyenli “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya qanununun layihəsinin ikinci oxunuşunda müzakirəsi zamanı bildirib. Komitə sədri deyib ki, bu faktı qanun layihəsinin birinci oxunuşunda deputatların ombudsmanın ötən illər ərzində qanunvericilik sahəsində hansı təşəbbüslərlə çıxış etməsi barədə suallarına cavab olaraq açıqlayır.

Millət vəkili Tahir Kərimli Ombudsmana yeni səlahiyyət verilməsini təklif edib.

 “Yəni ombudsmanın qanunvericilik təklifinin məcburi olaraq parlamentin komitəsində müzakiəryə çıxarılması qanunvericiklidə əksini tapsın”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Spiker Oqtay Əsədov  öz növbəsində Ə. Hüseynliyə deputatın təklifinə qanun layihəsinin üçüncü oxunuşunda baxılmasını tövsiyə edib.

***

Vəzifəli şəxslərlə bağlı cərimələr artırılır

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi təklif olunur.

Belə ki, adıçəkilən Məcəllənin 471- ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, banklar və xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, poçt rabitəsinin milli operatoru, kredit büroları, idman mərc oyunlarının operatorları, qiymətli kağızlar bazarında fəaliyyəti lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar, lotereya təşkilatçısı, investisiya fondları və onların idarəçiləritərəfindən qanuna uyğun olaraq müəyyən edilən məbləğdə və qaydada haqların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödənilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.

Məcəlləyə dəyişiklik  birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

***

Xarici bankların filialları Maliyyə Bazarlarına Nəzarət Palatasına haqq ödəyəcək – YENİLİK

Ölkə ərazisində fəaliyyət göstərən xarici bankların yerli filialları Maliyyə Bazarlarına Nəzarət Palatasına haqq ödəyəcək.

Plenar iclasda  bununla bağlı “Banklar haqqında” qanuna layihəsi də müzakirə edilib.

Belə ki, adıçəkilən qanunun 46-1-ci maddəsinə (Maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqlar) təklif edilən dəyişikliyə əsasən, banklar və xarici bankların yerli filialları maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyir. Qanunun hazırkı variantı isə belədir: Banklar maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyir. Sənədin qeyd hissəsində bildirilir ki, qanun layihəsi maliyyə bazarlarına nəzarət orqanına həmin orqanına ödənilən haqların xarici bankların yerli filiallarına da şamil olunmasını nəzərdə turur. Qeyd etmək lazımdır ki, xarici  bankların yerli filialları ölkə ərazisində Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq fəaliyyət göstərir və ölkənin maliyyə bazarlarına nəzarət sektoru onları da əhatə edir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

 

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Narazılığa səbəb olan rüsumlar azaldıldı…

Read Next

Əcnəbilərə güzəştlər nəzərdə tutulur – MİQRASİYA MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİK EDİLİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir