Millət vəkilləri zəhərlənmədən dünyasını dəyişmiş tələbənin yas mərasiminə qatıldılar…

Aydın MİRZƏZADƏ: “Nişanlısı təcili Bakıya gəlmək istəsə də, Şəkər razı olmur…”

Bu gün Milli Məclisin deputatları – Azər Badamov, Eldəniz Səlimov və mən Qusar rayonunun Xurel kəndinə getdik.

Bir neçə gün əvvəl zəhərlənmədən dünyasını dəyişən Bakı Dövlət Universitetinin IV kurs tələbəsi Şəkər Faiq qızı Xasmətovanın yas mərasimində iştirak etdik, ailəsinə və yaxınlarına başsağlığı verdik.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

“Şəkər öz həmkəndlisinə nişanlı imiş, təcili yardım həkimi getdikdən sonra nişanlısı ilə telefonla danışır,başının ağrıdığını bildirir.

Nişanlısı təcili Bakıya gəlmək istəsə də, Şəkər razı olmur.

Şəkər universiteti bitirdikdən sonra ixtisası üzrə öz kəndlərindəki orta məktəbdə fizika müəllimi işləmək arzusunda imiş.

Dünən Şəkərin oxuduğu qrupun tələbələri onu son mənzilə yola salmağa gəlmişdilər…”-deyə, millət vəkili sonra bildirib.

Etikxeber.az

Read Previous

Lənkəranda III Çay, Çəltik, Sitrus Festivalı keçirilir – FOTO

Read Next

Mehriban Əliyeva “TASS”-a, “Rossiya 24”-ə və “Rossiyskaya qazeta”ya müsahibə verdi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir