Millət vəkillərinə yaxın günlərdə Cümhuriyyət medalları veriləcək – YENİLƏNİB – (2)

Milli Məclisdə  Parlament-100  və “Lazarev klubu” müzakirəsi

Milli Məclisin (MM) növbəti plenar iclası öz işinə başlayıb.

Etikxeber.az  xəbər verir ki, parlamentin spikeri Oqtay Əsədov öncə dekabrın 7-sinin Azərbaycan Parlametinin ilk iclasının keçirildiyi gün olduğunu xatırladıb və bu münasibətlə millət vəkillərini təbrik edib.

Daha sonra deputat, Azərbaycan- Rusiya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Əli Hüseynli çıxış edərək qeyd edib ki, bu günlərdə  İrəvan şəhərində ermənipərəst deputat Konstantin Zatulinin təşəbbüsü ilə “Lazarev klubu”  yaradılmışdır:

“Son dövrlərdə Rusiyanın siyasi elitasını təmsil edən bir sıra adamlar Azərbaycanda səfərdə olublar. Onlarla Rusiya-Azərbaycan əlaqələri, o cümlədən də Qarabağ münaqişə ilə bağlı bir sıra müsbət fikirlər səsələndiriliblər. İndi isə  yaradılan bu qrup görülən işlərə, obyektiv yanaşmalara  uğursuz cavab  cəhdidir. Hətta erməni saytları da yazır ki,bu, ağrıkəsici yox, ağrıartırıcı bu təşəbbüsdür.  Bu,  hətta  reallıqda soyuq olan Ermənistan-Rusiya münasibətlərinə “pozitiv” ruh verməkdən başqa bir şeyil. Mən spiker olaraq sizdən xahiş edirəm ki, sizin səviyyənizdə Rusiya Dumasına məktub göndərilsin”.

Spiker  cavab olaraq qeyd edib ki, “Lazarev klubu”nda bir neçə rusiyalıdan başqa, erməni mənşəlilər təmsil olunurlar: “Lazarevin kökü də ermənidir. O vaxt Azərbaycanda qırğınları törədənlərdən biri olub”.  Spiker eyni zamanda, artıq Rusiya Dumasının sədri Vyaçeslav Volodinə bununla bağlı məktub yazdığını və etiraz etdiyini bildirib: “Onun fikirləri Azərbaycan -Rusya münasibətlərinə təsir edə bilməz”.

Deputat Fazil Mustafa  çıxışında  Cümhuriyyət qurucularının xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş edib.

Eyni zamanda təklif edib ki, Cümhurriyyətlə bağlı yubiley medalı hansı deputatlara veriləcəksə, bu gün təntənəli şəkildə bu iclasda baş tutsun: “Təklif edirəm ki, bu mükafat Cümhuriyyət qurucularının varislərinə, İstiqlal Bəyannaməsinə imza atan deputatlara təqdim edilsin. Rəsulzadənin nəvəsi Azərbaycanın tanınmış rəssamıdır. Ona da bu medal verilsin. Hansı ki, Rəis Rəsulzadənin səhhəti ilə bağlı dövlət başçısı səviyyəsində diqqət göstərildi”.

***

Deputatlara yaxın günlərdə Cümhuriyyət medalları veriləcək

O. Əsədov da öz növbəsində  F. Mustafanın Cümhuriyyət qurucularının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə bağlı təklifinə  cavab verib.

Spiker  bildirib ki, bu gün bayram gün olduğu üçün onları yad etməyi düzgün saymır: “Biz onları başqa günlərdə daim yad edirik. Hətta bir müddət öncə təntənəli yubilye iclasını da keçirdik.  Parlamentin yüz illiyi ilə bağlı kitabda da onlar haqqında geniş məlumat verilib.Yubiley medalına gəlincə isə, onlar hazırdır. Yaxın günlərdə keçiriləcək iclasların birində deputatlara təqdim ediləcək”.

 

***

Siyavuş Novruzov “Milyarderlər İttifaqı”nı ermənipərəstlikdə ittiham etdi

“Ermənistanda hər zaman iqtisadi siyasi vəziyyət ağırlaşan kimi dərhal Naxçıvan məsələsi oraya çıxır. Vaxtilə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Bakı- Tbilisi -Qars müqaviləsinin uzadıldı və ölkələr də buna imza atdı”.

Bunu isə deputat Siyavuş Novruzov çıxışı zamanı deyib. O, bildirib ki, dövlətlər arası, dövlət başçıları, xalqalar. millətlər arasında münasibətlər aydındır: “Bu gün Azərbaycan-Rusiya arasında çox gözəl münasibətlər var. Lakin bundan bəhrənənlər kimlərdir? Əlbəttə ki, Rusiyada fəaliyyət göstərən azərbaycanlılar.O zaman sual olunur niyə onlar belə məsələlərdə öz mövqelərini bildirmirlər?”. Onun sözlərinə görə, İrəvanda keçirilən məlum toplantıda erməni dövlətinin rolu yoxdur: “Bu, erməni diasporunun fəaliyyətidir. Rusiyada dərc olunan jurnallarda Azərbaycan milyonçularının siyahısı çıxır. Amma bu gün Rusiyada səfirlik, Heydər Əliyev Fondu və Gənclər Fondundan başqa orda tədbirlər təşkil olunurmu? Axı, siz yaxşı münasibətlər əsasında qazanc əldə edirsiniz?”. S. Novruzov söyləyib ki, ölkəmizdəki anti-Azərbaycançı qüvvələr Rusiyada yaşayan milyonçu azərbaycanlılar, konkret olaraq, “Milyarderlər İttifaqı”nın üzvləri tərəfindən maliyyələşdirilir: “Rusiya parlamentində bir dənə Zatulin var. Amma minlərlə başqaları var. Onlar dəvət edilməli, Azərbaycanın mövqeləri dəstəklənməlidir. Rusiyada yaşayan milyonçu, milyarder azərbaycanlılar öz məsuliyyətlərini dərk etməlidirlər”.

***

Millət vəkillərindən Bəxtiyar Əliyevlə Zahid Oruc da Zatulinin addımlarına, “Lazarev klubu”na sərt etirazlarını bildiriblər və əlavə ediblər ki, həmin klubdakılarla bağlı Rusiya tərəfindən sərt ölçülər götürülməlidir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Kim kimin başını qırxdı, kim qayınanası ilə dalaşdı…” – DEPUTATDAN KƏSKİN ETİRAZ

Read Next

Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətləri artırılır…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir