Millətlər Liqasının dördüncü turu: NƏTİCƏLƏR – FOTO

UEFA Millətlər Liqasının dördüncü turu çərçivəsində növbəti oyunlar keçirilib.

Etikxeber.az xəbər verir ki, turun maraqla gözlənilən oyunu “A” liqasının 3-cü qrupunda Polşa və İtaliya yığmaları arasında baş tutub.

Qarşılaşma oyunun favoriti sayılan dördqat dünya çempionu İtaliya millisinin hücumları ilə başlayıb.

İtalyanlar ilk dəqiqələrdən rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratsa da, ilk hissədə hesab dəyişməyib.

Fasilədən sonra da oyunun ssenarisi eyni məcrada davam edib. Matçın taleyi isə hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdə müəyyənləşib. Oyunun əsas vaxtına artırılmış 2-ci dəqiqədə Kevin Lasanyanın ötürməsini Kristian Biraqi dəqiq zərbə ilə tamamlayıb.

Beləliklə, görüş “Skuadra adzurra”nın minimal hesablı qələbəsi ilə başa çatıb.

millat-liq-5

Bu qələbədən sonra xalların sayını 4-də çatdıran İtaliya millisi turnir cədvəlində ikinci yerini möhkəmlədib. Qrupa 6 xalla Portuqaliya seçməsi başçılıq edir, Polşa isə 1 xalla üçüncü yerdə qərarlaşıb.

Turun digər maraq doğuran oyunu “B” liqasının 2-ci qrupunda Rusiya ilə Türkiyə yığmaları arasında olub. Soçidə keçirilən matç meydan sahiblərinin 2:0 hesabı ilə qələbəsi ilə başa çatıb. Rusların heyətində Roman Noyştadter və Denis Çerışev fərqləniblər.

Azərbaycan milli komandası yer aldığı “D” liqasının 4-cü qrupunda isə Kosovo seçməsi Farer Adaları yığmasının qonağı olub və görüş 1:1 hesabı ilə başa çatıb.

“C” liqasının 1-ci qrupunda yer alan İsrail yığması qrupun autsayderi Albaniya seçməsini 2:0 hesabı ilə məğlub edib. Bu liqasının 4-cü qrupunda isə Monteneqro futbolçuları səfərdə Litva millisini böyük hesabla məğlub ediblər (4:1). Rumıniya – Serbiya oyununda isə hesab açılmayıb.

Etikxeber.az

Read Previous

Turan Bayramov Olimpiya çempionu oldu… – YENİLƏNİB

Read Next

Daha heç kimin qəbrində “çəpərləmələr”, “hasarlamalar” olmayacaq – SİYAVUŞ NOVRUZOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir