Millətlər Liqasının dördüncü turuna yekun vuruldu – NƏTİCƏLƏR – FOTO

UEFA Millətlər Liqasının dördüncü turuna yekun vurulub.

Etikxeber.az xəbər verir ki, turun mərkəzi qarşılaşması A liqasının 1-ci qrupunda yer alan Fransa və Almaniya yığmaları arasında olub.

Oyunun ilk dəqiqələri hazırda dünya çempionu Fransa millisinin hücumları ilə başlayıb. Onlar rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratsalar da, hesabı qonaqlar açıb.

Qarşılaşmanın 14-cü dəqiqəsində oyunun baş hakimi – serbiyalı Milorad Maziç meydan sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Toni Kros fürsəti əldən verməyib – 0:1. Sonra Fransa millisi bütün heyətlə irəli atılsa da, hesab dəyişilməyib. Birinci hissə almanların 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

millat-liq-10

Fasilədən sonra matçın 62-ci dəqiqəsində meydan sahibləri hesaba tarazlıq gətirib. Belə ki, Lukas Hernandesin cinah ötürməsini fransalıların əsas qol silahı sayılan Antuan Qrizman dəqiq baş zərbəsi ilə tamamlayıb – 1:1. Hesabla razı olmayan Fransa yığması oyunun əsas vaxtına 10 dəqiqə qalmış önə keçib. Hakim bu dəfə qonaqların qapısına mübahisəli “penalti” təyin edib. Antuan Qrizman dublu rəsimləşdirib. Qalan dəqiqlərdə hesab dəyişilməyib.

Qrupa üç turdan sonra 7 xalla Fransa yığması başçılıq edir, bir oyun az keçirən Niderland millisi 3 xalla ikinci, bir xalla Almaniya seçməsi isə üçüncü yerdə qərarlaşıb.

B liqasının 1-ci qrupunda yer alan Çexiya millisi Ukrayna yığmasının qonağı olub. Görüş Andrey Şevcenkonun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Ukrayna millisi vaxtından əvvəl play-off mərhələsinə vəsiqə qazanıb.

Azərbaycan milli komandasının yer aldığı D liqasının 1-ci qrupunda Qazaxıstan doğma meydanda Andorra seçməsinin qapısından dörd cavabsız top keçirib. Qrupun digər oyununda Gürcüstan səfərdə Latviya millisini 3:0 hesabı ilə məğlub edib.

Oktyabrın 16-da keçirilən oyunlarda növbəti nəticələr qeydə alınıb:

B liqası 4-cü qrup

İrlandiya – Uels – 0:1

C liqası 3-cü qrup

Norveç – Bolqarıstan – 1:0

Sloveniya – Kipr – 1:1

D liqası 4-cü qrup

Ermənistan – Makedoniya – 4:0

Cəbəllütariq – Lixtenşteyn – 2:1.

Etikxeber.az

Read Previous

Baş həkim deyir ki, pulsuz əməliyyat olmaz, xəstə qoy ölsün… – ŞOK!

Read Next

Koreya vonunun payının dəyişməsinə səbəb yatırımdakı səhm payının azaldılması olub – NEFT FONDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir