Milli Aviasiya Akademiyasının məzunu, ailənin iki oğlan övladından biri, subay-BAKILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ AĞAYEVİN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏCLİSİ DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB

13 dekabr 1993-cü il təvəllüdlü, ailənin iki övladından, iki qardaşdan biri olan Bakılı, Yasamallı İkinci Vətən Müharibəsi Şəhidi Şahin Azər oğlu Ağayevin bu gün Anım Günüdür.

Ali təhsilli, Milli Aviasiya Akademiyasının məzunu, pilot Şahin Ağayevin bu gün-26 oktyabr 2026-cı il tarixində Əbədiyyətə uğurlanmasından altı il keçir.

İkinci Vətən Müharibəsi zamanı-oktyabr ayının 25-dən 26-na keçən gecə Hadrut istiqamətində qəhrəmancasına Şəhid olan Şahin Ağayevin Anım Günündə-bu gün səhər saatlarında Hərbi Memorial Məzarlıqdakı məzarı ziyarət olunub.

Etikxeber.az xəbər verir ki, ziyarət zamanı Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Ailəsinə-anası Qətibə xanıma və tək qardaşı Mehman Ağayevə Allahdan səbr və dözüm arzulanıb.

Sonra məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Məzarını ziyarətdən sonra isə Şəhidin Hərbi Memorial Məzarlıqda yerləşən Mərasim zalında Anım məclisi keçirilib, adına çay-ehsan süfrəsi açılıb.

Məclisdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, bir daha ruhuna dualar olunub.

Şəhidlə bağlı slayd nümayiş etdirilib.

Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Anım məclisində ailə üzvləri, doğmaları, Şəhid ailələri, din xadimləri, məktəblilər, İcra başçısı Elşad Həsənov başda olmaqla, Yasamal rayon İcra Hakimiyyətinin məsul şəxsləri və digərləri iştirak ediblər.

Onu da qeyd edək ki, 2020-ci ilin 29 sentyabr tarixindən İkinci Vətən Müharibəsinə, Vətənin müdafiəsinə atılan Şahin Ağayev oktyabr ayının 25-dən 26-na keçən gecə Hadrut istiqamətində Şəhidlik zirvəsinə ucalıb.

Nəşi 26 oktyabr 2020-ci il tarixində Hərbi Memorial Məzarlıqda Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.d

27 yaşında Şəhid olan Şahin Ağayev həm də subay idi.

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Anım günləri olan, Əbədiyyətə uğurlanmalarından altı il keçən İkinci Vətən Müharibəsi Şəhidləri-İKİ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN VAQİF İSMAYILZADƏ, TƏK OĞUL ŞƏHRİYAR QASIMOV, TƏK BACININ TƏK QARDAŞI MİRSAFA RZAYEV – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Bir neçə doğması Şəhid olan əslən Xocalılı İkinci Vətən Müharibəsi Şəhidi Namiq Cavadovun-ƏBƏDİYYƏTƏ UĞURLANMASININ ALTINCI İLİNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏCLİSİ KEÇİRİLDİ, VƏTƏN NAMİNƏ FƏDAKARLIĞINDAN SÖZ AÇILDI – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir