Milli çempionatlarda 33 klub məğlubiyyətsizlik seriyasını davam etdirir

Avropanın 23 ölkəsinin milli çempionatlarında 33 klub məğlubiyyətsizlik seriyasını davam etdirir.

Etikxeber.az xəbər verir ki, bu komandalar arasında Azərbaycanın “Qəbələ” və “İnter” klubları da var. Hər iki komanda Topaz Premyer Liqasının geridə qalan on turunda məğlub olmayıb.

İngiltərə, İspaniya, Almaniya, İtaliya, Fransa çempionatlarında cəmi altı komanda meydanı məğlub tərk etməyib. Bu komandalar “Real Madrid”, “Bavariya”, “Tottenhem”, “Leypsiq”, “Hoffenhaym” və “Nice”dır. “Real Madrid” və “Tottenhem” Azərbaycan klubları kimi, 10 matçda rəqiblərinə sevinmək şansı verməyiblər. “Tottenhem” “İnter”, “Real” isə “Qəbələ” ilə eyni xala malikdir. “Qəbələ” top fərqinə görə hətta “kral klubu”nu qabaqlayır. “Qara-qırmızılar” məğlubedilməz komandalar arasında ən az qol buraxan klublardan biridir.

Həmin 33 klubdan cəmi ikisi qitə çempionatlarında xal itirməyib. Bunlar Uelsin “TNS” və Cəbəllütariqin “Europa” komandalarıdır. Uels klubu 13, Cəbəllütariq təmsilçisi isə 5 turdur meydanı xalsız tərk etməyib.

Etikxeber.az

Read Previous

“Atletiko”, “Bavariya”, “Barselona”, “Arsenal” və PSJ klubları növbəti mərhələyə keçdi

Read Next

Məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür – MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir