Milli Dirçəliş Günündə dünyaya gəldi, Dövlət Bayrağı Günündə Şəhadətə ucaldı-BAKILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, TƏK, SUBAY VƏ ALİ TƏHSİLLİ ÖVLAD NİCAT TARIVERDİYEV – MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏCLİSİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən Nicat Şöhrət oğlu Tarıverdiyevin Şəhadətə ucaldığı gündür.

Şəhadətinin beşinci ilə bağlı bu gün-9 noyabr 2025-ci il tarixində, səhər saatlarında Nicat Tarıverdiyevin Hərbi Memorial Məzarlıqdakı (İkinci Şəhidlər Xiyabanındakı) məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Doğmalarına-anası Şükran xanıma Allahdan səbr və dözüm arzulanıb.

Xatirə fotoları çəkdirilib.

Etikxeber.az xəbər verir ki, evin-ailənin tək övladı, anası Şükran Tarıverdiyeva tərəfindən təkbaşına böyüdülmüş Nicat Tarıverdiyev isə 1998-ci ilin noyabrın 17-də Bakı şəhərində dünyaya gəlib.

132-134 saylı Təhsil Kompleksini, sonra Kooperasiya Universitetini bitirib.

Qaydasız döyüş üzrə ölkə və beynəlxalq yarışlarda qalib olub.

İkinci Vətən Müharibəsində isə Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib.

Noyabrın 9-da, müharibənin başa çatmasına az qalmış qəhrəmancasına Şəhid olub.

Ancaq nəşi bir həftə sonra İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra bir neçə medal  ordenlə təltif olunub.

Nicat həm də subay olub.

***

Məzarını ziyarətdən sonra Anım Günü ilə bağlı Bakı şəhərinin Nəsimi rayonunda yerləşən (“Şamaxinka”da) Mərasim evində Anım məclisi düzənlənib.

Mərasimdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Ruhuna bir daha dualar olunub.

İlahiyyatçılar tərəfindən mərsiyələr, dini mahnılar oxunub.

Sonra adına ehsan verilib.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

9 noyabrda Anım və Şəhadət günləri olan İkinci Vətən Müharibəsi Şəhidləri-VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI SURXAY NOÇUYEV, MAYOR FƏRİD ƏLƏKBƏROV, KAPİTAN NƏCƏF ŞİKAROV, 11 İLİN HƏRBÇİSİ RAMİZ AĞAYEV, TƏK ÖVLAD RƏŞAD MİKAYILZADƏ, ALİ TƏHSİLLİ NAMİQ QULİYEV, İKİ QARDAŞDAN BİRİ ƏSƏD ƏSƏDLİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

10 noyabrda Anım, Şəhadət və doğum günləri olan İkinci Vətən Müharibəsi Şəhidləri-TƏK ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN ELGÜN ABBASLI, TƏK VƏ SUBAY OĞLU VAHİD ABBASOV, İKİ QARDAŞDAN BİRİ, ALİ TƏHSİLLİ BAXIŞ RƏHİMLİ… – FOTOLAR – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir