Milli komandamızın bağlanış mərasimindəki bayraqdarı müəyyənləşdi…

 IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycan milli komandasının bayraqdarı cüdoçu Elxan Məmmədov olacaq.

Etikxeber.az xəbər verir ki, bu barədə  Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

Dünya və Avropa çempionu Elxan Məmmədov “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında ölkəmizin aktivinə 20-ci qızıl medalı yazdırıb. O, həmçinin “Bakı-2017”də kişilər arasında cüdo üzrə komanda yarışında Azərbaycan millisinin heyətində İslamiadanın çempionu olub.

Elxan Məmmədov Azərbaycanı digər beynəlxalq yarışlarda da layiqincə təmsil edib.

Xatırladaq ki, İslamiadanın açılış mərasimində yığma komandasının bayraqdarı karate üzrə beşqat dünya, onqat Avropa, IV İslam Həmrəyliyi Oyunlarının ikiqat çempionu Rəfael Ağayev olub.

Etikxeber.az

Read Previous

Binəli Yıldırım AKP genəl başqan vəkili olacaq – SABAH

Read Next

Əliyevlər medalları təqdim edərkən – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir