Milli Məclisə ümumilikdə 22 min 150 manat məbləğində-MADDİ ZİYAN DƏYDİ – FOTOLAR

Ötən gün axşam Azərbaycan Respublikasının Milli Məclisi (MM) qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq, Parlamentin inzibati binasına daxil olub. Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, Parlamentin əmlakına və inventarına ziyan vurub.Dağıntılar zamanı Azərbaycan Respublikasının Milli Məclisinə ümumilikdə 22 150 azn məbləğində maddi ziyan dəyib.

Etikxeber.az-ın xəbərinə görə, bu haqda MM-in Mətbuat Xidmətinin yaydığı bəyanatda deyilir.

Qeyd olunur ki, Azərbaycan Respublikası Milli Məclisi olaraq Parlamentdə baş verən təxribatçı fəaliyyəti qəti şəkildə pisləyir, Xalqımız, Dövlətimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda müsəlləh olan ordumuz, döyüşlərdə şəhid olan hərbçilərimiz və mülki əhalinin ruhu qarşısında məsuliyyət daşıdığımızı ifadə edir.

Etikxeber.az

Read Previous

“Hər zaman olduğu kimi, bu gün də Ermənistan rəhbərliyi öz ikiüzlü və riyakar siyasətinə sadiq qalaraq həm öz ictimaiyyətini, həm də dünya birliyini aldatmağa çalışır…”-İLHAM ƏLİYEV ƏRDOĞANA MƏKTUB GÖNDƏRDİ

Read Next

“Hər kəs Azərbaycan dövləti və Prezidenti ətrafında birləşdi”-ŞAHİN SEYİDZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir