Milli Məclis 2017-ci ilin büdcəsi ilə bağlı 3 günlük müzakirələrə başlayır

Milli Məclis (MM) bu gündən etibarən 2017-ci il büdcə zərfinə daxil olan  qanun layihələrinin  üç günlük müzakirəsinə balayır.
Etikxeber.az  xəbər verir ki, dekabrın 6, 7 və 8-də keçiriləcək  plenar iclaslarında  deputatlar  “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında”,  “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” , “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında”  qanun layihələrini müzakirə edəcək.
Deputatlar eyni zamanda,  MM-in 2017-ci il üçün xərclər smetası, Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında  qanun layihələrini müzakirə edərək qəbul edəcəklər.
Etikxeber.az

Read Previous

QMİ-nin sabiq əməkdaşına 12 illik həbs cəzası istənildi

Read Next

Şimal bölgəsində temperatur mənfi 18 dərəcəyə çatıb – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir