10-a yaxın ölkənin parlamentarisi Azərbaycana gəlir.
Etikxeber.az-ın verdiyi məlumata görə, sabah, iyunun 20-də Azərbaycan, Milli Məclis (MM) daha bir nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edəcək.
MM-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) 53-cü Baş Assambleyası öz işinə başlayacaq.
Təxminən 7-8 saat davam edəcək Baş Assambleyanın iclasında spiker Oqtay Əsədov başda olmaqla MM rəhbərliyi, QDİƏT PM-in rəhbər şəxsləri, Türkiyə, Ukrayna, Serbiya, Yunanıstan, Gürcüstan və digər üzv ölkələrin parlamentariləri iştirak edəcək.
İclasda Ermənistanın QDİƏT PM-dəki nümayəndə heyəti üzvlərinin də iştirakı gözlənilir.
Qeyd edək ki, Azərbaycanın QDİƏT PM-dəki nümayəndə heyətinə millət vəkili Eldar Quliyev rəhbərlik edir.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az