Bu gün Milli Məclisdə (MM) parlament rəhbərliyi ilə hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvlərinin görüşü keçirilir.
Etikxeber.az-ın xəbərinə görə, görüşdə birinci vitse-spiker Ziyafət Əsgərov, vitse-spikerlər Bahar Muradova və Valeh Ələsgərov, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və digər şəxslər iştirak edirlər.
Görüşə həmçinin, bir sıra dövlət qurumlarının-komitə və nazirliklərin rəsmi şəxsləri qatılıblar.
Təxminən 7 saat davam edəcək görüşdə hər üç vitse-spikerin müxtəlif məsələlər-mövzular üzrə geniş məruzəsi nəzərdə tutulur.
Bununla yanaşı, görüşə qatılması gözlənilənlər arasında gənclər və idman naziri Azad Rəhimov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev da var.
Hazırda görüş iştirakçıları MM-dəki Heydər Əliyev Muzeyi və parlamentin iclas zalı ilə tanış olurlar.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az