Milli Məclisdə anti-Rusiya müzakirələri… YENİLƏNİB (2)

Vahid Əhmədov: “Rusiya faktiki Azərbaycanın müstəqiliyyini qəbul etmək istəmir”

 Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv olunması ilə bağlı məsələ Milli Məclisin (MM) mayın 16-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Etikxeber.az xəbər verir ki, iclasda çıxış edən deputat Siyavuş Novruzov bildirib ki, Azərbaycanın həmişə qonşu dövlətlərə, o cümlədən, əməkdaşlıq etdiyi ölkələrə münasibəti yaxşı olub: “Ancaq Rusiyanın bəzi dövlət məmurları öz şəxsi maraqlarını ümumdövlət maraqlarından üstün tutur. Bu da münasibətlərə zərər vurur. Azərbaycanda rusdilli məktəblər, bağçalar var. Biz öz neytrallığımızı qoruyub saxlayırıq. Ancaq bununla yanaşı, biz bunun qarşılığını görmürük. Sanki  Rusiya bütün işlərini görüb başa çatdırıb, qalmışdı ki bir Azərbaycanla bağlı məsələ…Mən komitə sədri olaraq Azərbaycanda fəaliyyət göstərən rusdilli qeyri-hökumət təşkilatlarının  qanunauyğun fəaliyyət göstərməsi ilə bağlı hesabat vermələri üçün aidiyyatı qurumlara müraciət edəcəm. Bu, ictimaiyyəti narahat edən məsələdir. Rusiya dövlət başçısının da bu məsələyə münasibəti olmalıdır”.

Spiker Oqtay Əsədov qeyd edib ki, Azərbaycan  bütün beynəlxalq təşkilatlarda Rusiyanı həmişə dəstəkləyib: “Elə bil QHT tapa bilməzsən ki, onun sənədlərində nöqsan olmasın. Eyni zamanda, Rusiya həm də ATƏT-in Minsk qrupunun üzvüdür. O, həmişə öz tərəfsizliyini nümayiş etdirməlidir. Ancaq təəssüf ki etdirmir”.

***

Digər komitə sədri Arif Rəhimzadə bildirib ki, həqiqətən də bu məsələ cəmiyyətdə xoşagəlməz reaksiya doğurub: “Azərbaycanda Rusiyaya qarşı münasibət həmişə yaxşı olub. Düzdür, Rusiya böyük dövlətdir. Amma bu, o, demək deyil ki, onun qüvvələri bizi ayaqlayıb getməlidir”.

zahid_oruc_esas

Deputat Zahid Oruc qeyd edib ki, məşhuir bir rus yazıçısının dediyi kimi, Rusiyanı dərk etmək mümkün deyil: “Bu, ermənilərin Rusiya dövləti üzərində qələbəsi sayılır.  Ancaq əminəm ki, qeydiyyatın ləğvi məsələsi mümkün olmayacaq”.

vahid-1

“Rusiya faktiki Azərbaycanın müstəqiliyyini qəbul etmək istəmir.Eyni zamanda, Azərbaycanın dövlət başçısının müstəqil siyasətini yaxın buraxmaq istəmir”.Bunu millət vəkili Vahid Əhmədov deyib. O, qeyd edib ki, Rusiya hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanla təhdid dili ilə danışır. Biz də buna hazır olmalıyıq. Bununla yanaşı, Azərbaycanda yaşayan rusdilli insanlara qarşı münasibəti eyni səviyyədə saxlamalıyıq. Bu məsələdə diqqətli olmalıyıq. Kimlərsə bundan ölkəmizə qarşı istifadə etməsinlər”.

Azərbaycan- Rus İcmasınn sədri Mixail Zabelin qeyd edib ki, Azərbaycanın  burada yaşayan ruslara münasibətini yüksək dəyərləndirirlər: “Amma bizi  də Konqresin ləğvi qərarı ilə bağlı məsələ narahat edir. Bizim bir ay vaxtımız var ki, verilmiş qərarı ləğv etdirək. Mən deputatlara minnətdarlığımı bildirirəm ki, onlar obyektiv olaraq məsələyə münasibətini dilə gətirdilər. Azərbaycan-Rusiya Parlamentlərarası Komissiya da  bu məsələ ilə bağlı qəti mövqeyini bildirməlidir”.

***

bahar-mm-1

Vitse-spiker Bahar Muradova öz növbəsində deyib ki, Azərbaycanın xaricdəki həmvətənlərinə adekvat münasibət tələb etmək hüququ var: “Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi ilə bağlı yaranmış bu vəziyyət ciddi narahatlıq doğurur. Yalnız ona görə yox ki, bu məsələ Azərbaycan və Rusiya arasında olan məsələdir. Bu, ilk növbədə Rusiyanın daxili işidir – bu, Rusiyanın öz vətəndaşlarına münasibətinin göstəricisidir. Vətəndaşların toplaşmaq azadlığına, Rusiyada etnik azlıqların öz dillərini və mədəniyyətlərini qoruyub inkişaf etdirmək hüquqlarına münasibətdir. Mən düşünmürəm ki, bu, Rusiyanın rəsmi mövqeyidir”.B.Muradova qeyd edib ki, ölkədə rus dili və mədəniyyəti, rus dilində tədris verən məktəblər Rusiyanın xoşuna gəlmək üçün inkişaf etdirilmir. O, həmçinin bildirib ki, başqa ölkələrdə yaşayan həmvətənlərimizə qarşı bu cür adekvat münasibəti tələb etmək hüququmuz var.

Deputat Fazil Mustafa qeyd edib ki, Kremldəkilər Azərbaycandan idarə olunan, ya da müstəqil fəaliyyət göstərən qurumu arzulamırlar: “Rusiyanı artıq yanında olan təşkilat da qane etmir. Bizdə Xocalı abidəsinin yanında  Rusiyanın mədəniyyət və informasiya mərkəzi var. Nöqtə, vergül axtarsaq, elə bu təşkilatda taparıq.  Heç Türkiyənin, Amerikanın Azərbaycanda informasiya mərkəzi yoxdur”.

Etikxeber.az

Read Previous

İctimai çimərliklərlə bağlı tələblər müəyyənləşib

Read Next

Vahid Əhmədov: ” Aidiyyatı qurumlar Beynəlxalq Bankdakı vəziyyətlə bağlı televiziyada geniş izahat verməlidir”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir