Milli Məclisin daha bir komitəsi payız sessiyası ilə bağlı-İLK İCLASINA TOPLAŞDI – PARLAMENTDƏ FƏALİYYƏT GÖSTƏRƏCƏK 10 KÖNÜLLÜ SEÇİLƏCƏK, “XEYRİYYƏÇİLİK FƏALİYYƏTİ HAQQINDA” QANUN LAYİHƏSİ MÜZAKİRƏLƏRƏ ÇIXARILACAQ…YENİLƏNİB – (3)

Adil ƏLİYEV: “Daimi olaraq düşmən təxribatı ilə üzləşirik. Biz dövlətin rəsmi məlumatlarına inanıb, onların təbliği ilə məşğul olmalıyıq”

Milli Məclisin (MM) qarşıdan gələn payız sessiyası ilə bağlı parlamentin daha bir-Gənclər və idman komitəsinin ilk iclası öz işinə başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, iclasa vitse-spiker, adıçəkilən komitənin rəhbəri Adil Əliyev sədrlik edir.

İclasda komitənin yaz və növbədənkənar sessiylardakı fəaliyyəti ilə bağlı hesabatı, həmçinin, payız sessiyası ilə əlaqədar qanunvericilik işləri planı müzakirə ediləcək və təsdiqlənəcək.

İclasda cari məsələlər ətrafında da müzakirələr gözlənilir.

Qeyd edək ki, sözügedən komitənin üzvləri bunlardır:

Adil Abış oğlu Əliyev – Sədr

Şahin Əmir oğlu İsmayılov – Sədr müavini 

Mahir Tapdıq oğlu Abbaszadə  
 
Elnur Marat oğlu Allahverdiyev
 
Müşfiq Cəfər oğlu Cəfərov 
 
Jalə Fərhad qızı Əhmədova 
 
Etibar Qasım oğlu Əliyev 
 
Ramil Sahib oğlu Həsən 
 
Sevinc Əmirəhməd qızı Hüseynova  
 
Vüqar Yapon oğlu İskəndərov 
 
Cəbi Hüseyn oğlu Quliyev 
 
Ülvi Zahid oğlu Quliyev 
 
Könül Oruc qızı Nurullayeva 
 
Cavid Həmid oğlu Osmanov 
 
Şahin Kamil oğlu Seyidzadə 
 
Eldəniz Adil oğlu Səlimov

Həmçinin, qeyd edək ki, A. Əliyev 6-cı çağırış MM dövründə (mart ayında) həm komitə sədri, həm də vitse-spiker seçilib.

10:55

***

İclada qeyd edilib ki, hesabat dövründə komitəyə 207 ərizə, məktub və müraciət daxil olub.

Həmçinin, 1597 nəfərin sosial şəbəkləər üzərindən elektron müraciəti qeydə alınıb və onlardan 1548 məsələ həllini tapıb.

Daxil olan 204 şifahi müraciətin 146-sı müsbət həll olunub..

Hesabat dövründə komitənin 6 onlayn iclası olub.

Həmin iclaslarda iki məsələ müzakirə və olnlar plenar iclasa tövsiyə olunub.

10:58

***

Həmçinin, komitəsinin payız sessiyası üçün qanunverici işlər planı müəyyənləşib.

Belə ki, parlamentdə fəaliyyət göstərəcək 10 könüllü seçiləcək.

Bununla yanaşı, “İcbari tibbi sığorta haqqında” qanuna dəyişiklik edilməklə, könüllülərin sığorta edilməsinin həyata keçirilməsi təklif olunur.

Eyni zamanda, payız sessiyasında “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi nəzərdə tutulur.

10:15

***

Komitə sədri A. Əliyev könüllülərin seçilməsi, parlament könüllülərinin yaradılması məsələsinin millət vəkili Müşfiq Cəfərovun təklifi ilə gündəmə gədiyini deyib.

Qeyd edib ki, bu il Azərbaycanda “Könüllülər İli” olduğu üçün millət vəkili belə bir təkliflə çıxış edib və onun bu təklif müsbət qarşılanıb.

A. Əliyevin sözlərinə görə, ilkin olaraq, deputat könüllülərinin seçilməsi, parlament könüllülərinin yaradılması məsələsi Gənclər və idman komitəsinin üzvləri tərəfindən reallaşdırlacaq.

“Millət vəkillərinin yerlərdə könüllülərinin olması, hər bir deputatın ən az 3-5 könüllünü seçməsi çox müsbət hal olardı. Ümumilikdə, 125 deputatın bir yerdə mindən artıq könüllüsünün olması, onların da dövlətin, dövlətçiliyin inkişafında, möhkəmləndirilməsində fəaliyyətə cəlb olunması çox vacibdir. Biz hələlik bu məsələyə komitə üzvlərindən başlanmasını nəzərdə tuturuq, sonra isə bütövlükdə deputatların könüllülər seçməsi, parlament könüllülərinin yaradılması, parlamentdə fəaliyyət göstərəcək 10 könüllünün seçilməsi məsələsi planlaşdırılır”-deyə, A. Əliyev əlavə edib.

10:25

***

“Son zamanlar ordumuzun fəaliyyəti, cəbhə bölgəsi ilə bağlı bir çox məsələlərlə bağlı rəsmi qurumlar tərəfdən məlumatlar yayılmadan qeyri-rəsmi informasiyaların yayılmasının şahidi oluruq”-deyən komitə sədri həmçinin bildirib ki, bildirib ki, ordumuzun fəaliyyəti, cəbhədəki vəziyyətlə bağlı aidiyyəti qurumların məlumatları işıqlanmadan həmin məlumatların yayılmasının qarşısını almaqla bağlı müəyyən işlər görülməlidir:

“Daimi olaraq düşmən təxribatı ilə üzləşirik. Biz dövlətin rəsmi məlumatlarına inanıb, onların təbliği ilə məşğul olmalıyıq”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ermənistana məxsus daha bir PUA-MƏHV EDİLDİ…

Read Next

Sevinc Hüseynova İdman Fondunun bərpası-BƏDƏN TƏRBİYƏSİ İLƏ BAĞLI MÖVCUD QANUNUN DƏYİŞDİRİLMƏSİ, YENİLƏNDİRİLMƏSİ MƏSƏLƏSİNİ QALDIRDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir