Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
6-cı çağırış Milli Məclisin (MM) tərkibində dəyişiklik etdiyi komitələrdən biri də Gənclər və İdman komitəsidir.
Bu komitənin də digər bir neçə komitə ilə müqayisədə yaşı-təcrübəsi çox deyil.
Cəmi 5 il öncə, 2015-ci ildə, 5-ci çağırış MM-in ilk iclasında yaradılıb və formalaşdırılıb.
Komitənin ilk sədri 3-cü çağırışdan, 2005-ci ildən MM-in üzvü olan Fuad Muradov seçilib.
Amma onun komitə sədrliyi cəmi 3 il çəkib.
Belə ki, 2018-ci ilin aprel seçkilərindən bir az öncə F. Muradovun komitə sədrliyinə son, deputatlıq səlahiyyətlərinə xitam verilib və ölkə Prezidentinin Sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin ikinci sədri təyin edilib.
Qeyd edək ki, 2015-ci ildə komitənin sədr müavini isə 3-cü çağırışdan MM-in üzvü olan Ülvi Quliyev seçilib.
Beləliklə, F. Muradovun boş qalan yerinə 2018-ci ilin yazında Ü.Quliyev sədr seçilib.
Ü. Quliyevin yerinə-sədr müavini vəzifəsinə isə ilk dəfə millət vəkili olan Şahin İsmayılov seçilib.
Eyni zamanda, sonradan komitə üzvləri arasında dəyişiklik baş verib.
Millət vəkilləri Adil Əliyevlə Rauf Əliyev komitədən gedib, digər millət vəkilləri-Azər Badamovla Eldəniz Səlimov komitənin yeni üzvləri seçiliblər.
6-cı çağırış MM-də isə Ü. Quliyev 4-cü dəfə millət vəkili seçilməsinə baxmayaraq, o, sədr vəzifəsində yeni vitse-spiker A. Əliyevlə əvəzlənib.
Sədr müavini isə yenə də və ikinci dəfə mlliət vəkili olan Şahin İsmayılov seçilib.
Komitə MM-in fəal komitələrindən olub.
Adıçəkilən komitənin tam tərkibi:
Adil Abış oğlu Əliyev – Sədr
Şahin Əmir oğlu İsmayılov – Sədr müavini
Abbaszadə Mahir Tapdıq oğlu
Allahverdiyev Elnur Marat oğlu
Cəfərov Müşfiq Cəfər oğlu
Əhmədova Jalə Fərhad qızı
Əliyev Etibar Qasım oğlu
Həsən Ramil Sahib oğlu
Hüseynova Sevinc Əmirəhməd qızı
İskəndərov Vüqar Yapon oğlu
Quliyev Cəbi Hüseyn oğlu
Quliyev Ülvi Zahid oğlu
Nurullayeva Könül Oruc qızı
Osmanov Cavid Həmid oğlu
Seyidzadə Şahin Kamil oğlu
Səlimov Eldəniz Adil oğlu
Kamil HƏMZƏOĞLU
Etikxeber.az