Milli Məclisin iki əməkdaşı-KORONAVİRUSA YOLUXDU -RƏSMİ

Azərbaycan Respublikasının Milli Məclisində “COVİD 19” karonavirus infeskiyası ilə bağlı əməkdaşlar arasında mütəmadi testlər aparılır.

Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Etikxeber.az-a verilən məlumata görə, bu testlər nəticəsində Milli Məclisin İşlər İdarəsinin iki əməkdaşında COVİD 19 testinin nəticəsi müsbət çıxıb.

Qeyd olunub ki, onlar dərhal həkim nəzarətinə götürülüblər. Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar:

“Milli Məclisin COVİD 19 testinin nəticəsi müsbət çıxan əməkdaşları özlərini yaxşı hiss edir. Onlarda hərarət və infeksiyanın digər əlamətləri müşahidə edilmir”.

Etikxeber.az

Read Previous

“Dağıstanda qalmış Azərbaycan vətəndaşları dərhal ölkəyə qaytarılmalıdır”- EKS BAŞ NAZİR VƏ POLİTOLOQ HÖKUMƏTƏ SƏSLƏNDİ

Read Next

“Həkimlər, təcili tibbi yardım maşınları doğrudan çatdırmır…”-VÜSALƏ MAHİRQIZI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir