Milli Məclisin Mədəniyyət komitəsi: ANAR, NİZAMİ CƏFƏROV, RAFAEL HÜSEYNOV VƏ QƏNİRƏ PAŞAYEVA…

Xəbər verildiyi kimi, 6-cı çağırış Milli Məclisin (MM) komitələri tam formalaşdırılıb, komitə sədrləri və sədr müavinləri seçiliblər.

MM-in Mədəniyyət komitəsinə bu dəfə millət vəkili, professor Qənirə Paşayeva sədr seçilib.

4-cü dəfə millət vəkili olan Q.Paşayeva bu komtədə sədr olaraq, həmkarı-akademik Rafael Hüseynovu əvəzləyib.

Sədr müavini isə 4-cü dəfə millət vəkili olsn Fazil Mustafa seçilib. O, həmkarı, başqa bir komitəyə-Ailə, qadın və uşaq məsələləri komitəsinə sədr müavini seçilən professor Jalə Əliyevanı əvəzləyib.

Qeyd edək ki, Q. Paşayeva ilə F. Mustafa ilk dəfədir adıçəkilən komitədə təmsil olunurlar.

Bəs görəsən, əvvəllər, 1995-2020-ci illərdə bu komitələrə kimlər rəhbərlik ediblər?

Etikxeber.az-ın araşdırmasına əsasən məlum olub ki, birinci çağırış MM-in Mədəniyyət komitəsinin (daimi komissiyasının) sədri görkəmli yazıçı-Xalq yazıçısı, sabiq deputat (keçmiş SSRİ, Azərbaycan SSR Ali Sovetinin deputatı və iki çağırış MM-in üzvü) Anar olub.

O, həm birinci, həm də ikinci çağırış MM (1995-2000, 2000-2005) ərzində dalbadal bu komitənin sədri vəzifəsini icra edib.

Birinci çağırış MM-in Mədəniyyət daimi komissiyasının sədr müavini isə Dövlət İdarəçilik Akademiyasının professoru Nigar Ələkbərova olub.

Bu komitənin üzvləri arasında Xalq şairi-mərhum Vaqif Səmədoğlu, ünlü sənətçilər-SSRİ Xalq artisti Zeynəb Xanlarova, Xalq artisti, aktrisa Şəfiqə Məmmədova, Xalq şairi Musa Yaqub, Xalq artisti-mərhum Mikayıl Mirzə və digərləri olub.

3-cü çağırışda (2005-2010) komitənin rəhbərliyində dəyişiklik olub.

Anarı adıçəkilən komitənin üzvü və ikinci dəfə millət vəkili seçilən akademik Nizami Cəfərov əvəzləyib.

Sədr müavini vəzifəsinə isə akademik R. Hüseynov seçilib.

4-cü çağırışda (2010-2015) komitənin tərkibində müəyyən dəyişikliklər baş versə də, rəhbərlikdə dəyişiklik olmayıb.

N. Cəfərov sədr, R. Hüseynov sədr müavini kimi, fəaliyyətlərini davam etdiriblər.

5-ci çağırışda (2015-2020) isə həm komitənin tərkibində, həm də rəhbərliyində dəyişiklik baş verib.

Bu dəfə sədr vəzifəsinə sədr müavini R. Hüseynov, sədr müavini vəzifəsinə isə komitənin üzvü, professor J. Əliyeva seçilib.

Həmçinin, millət vəkillərindən Fəzail İbrahimli, Ziyad Səmədzadə, Gövhər Baxşəliyeva və digərləri komitənin yeni üzvləri seçiliblər.

6-cı çağırış MM-də yenə tərkib və rəhbərlik dəyişikliyi yaşanıb.

Sədr Q. Paşayeva, sədr müavini F. Mustafa olub.

Komitə üzvləri isə bunlardır: Aqil Abbas, Ülviyyə Ağayeva, Novruzəli Aslanov, Əziz Ələkbərov, Jalə Əliyeva, Cavanşir feyziyev, Ülviyyə Həmzəyeva Sabir Rüstəmxanlı, Mixail Zabelin.

Komitənin hələ də qəbuluna nail ola bilmədiyi qanun layihələri bunlardır: “Adlar və soyadlar haqqında”, “Kinematoqrafiya haqqında” (yeni), “Yazılı abidələr haqqında”, “Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yaaradıcı şəxslər və yaradıcılıq təşkilatları haqqında” və “Aşıq sənəti haqqında”.

Etikxeber.az

Read Previous

Koronavirusla əlaqədar bir sıra dövlət strukturları Novruz bayramında adi iş rejimində çalışacaq – SİYAHI

Read Next

Alış-veriş mərkəzlərinin fəaliyyətinə dair qaydalar-AÇIQLANDI, ƏYLƏNCƏ MƏRKƏZLƏRİNİN FƏALİYYƏTİ DAYANDIRILDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir