Milli Məclisin sabiq sektor müdirini qətlə yetirən şəxsin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını baltalayaraq qətlə yetirməkdə təqsirləndirilən Məzahir Qasıminin cinayət işi üzrə məhkəmənin hazırlıq prosesi başlayıb.

Etikxeber.az-ın Trend-ə istinadən  məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmənin baxış iclası yanvarın 5-nə təyin edilib.

İttihama görə, bu il sentyabrın 9-da Səbail rayonu Bayıl qəsəbəsi, Xanlar küçəsi, ev 10, mənzil 4 ünvanında yaşayan M.Qasımi həyat yoldaşı Fəridə Məcidovanı balta ilə qətlə yetirib. Hadisəni törədən M.Qasımi saxlanılıb.

Qətlə yetirilən F.Məcidova Milli Məclisin Aparatında sektor müdiri vəsifəsində çalışıb. O, ötən il yaşı ilə əlaqədar təqaüdə göndərilib.

Etikxeber.az

Read Previous

Hindistana məxsus təyyarə uçuş-eniş zolağından çıxdı- yaralılar var

Read Next

Bir sıra xarici ölkələrdə Azərbaycanın görkəmli mədəniyyət adamlarının abidəsi ucaldılacaq- NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir