Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Senyabrın 20-də Milli Məclisin (MM) xüsusi iclası keçiriləcək.
Bu haqda Etikxeber.az-a MM-in Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.
O, qeyd edib ki, xüsusi iclas Azərbaycan Parlamentinin 100 illiyi iilə bağlıdır.
Qeyd edək ki, 2018-ci il Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. Həmin Sərəncamdan da irəli gələrək, ilboyu həm xarici ölkələrdə, həm də ölkə daxilində bununla bağlı silsilə tədbirlər keçirilir. Odur ki, bu il həm də Azərbaycan Parlamentinin yaradılmasının 100 illik yubileyi tamam olduğu üçün Milli Məclisin xüsusi iclasının keçirilməsi də nəzərdə tutulub. A. Təvəkküloğlu deyib ki, xüsusi iclasda bir neçə xarici ölkənin parlamentinin spikerləri, işçi qrupların rəhbərlərinin iştirakı gözlənilir:
“Bundan əlavə, parlamentdə sərgilər təşkil olunacaq, kitablar hazırlanır”.
A.Təvəkküloğlu həmçinin qeyd edib ki, Azərbaycan Parlamentinin yaranmasının 100 illik yubileyi ilə bağlı xüsusi film də hazırlanır:
“Həmin film iclasda qonaqlara göstəriləcək. Həmçinin, xüsusi iclasla bağlı müxtəlif tədbirlər planı həyata keçirilir”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az