Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin (MM) başa çatmaqda olan yaz sessiyasında daha bir iclas keçiriləcək.
Etikxeber.az-ın MM-də əldə etdiyi məlumata görə, yaz sessiyasının sonuncu iclasının mayın 31-də keçirilməsi nəzərdə tutulsa da, son anda dəyişiklik edilib.
Belə ki, mayın 30-da daha bir iclasın keçirilməsi qərara alınıb.
Beləliklə, mayın 30 və 31-də iki gün dalbadal plenar iclaslar keçiriləcək.
İclasların sayının artırılmasına səbəb isə qanun layihələrinin çoxluğu, xüsusilə də, 2018-ci ilin büdcəsinin icrası ilə bağlı qanun layihəsinin üç oxunuşda müzakirəsinin keçirilməsinin nəzərdə tutulmasıdır.
Əgər əvvəllər adıçəkilən qanun bir oxunuşda qəbul olunurdusa, 2016-cı ilin Konstitusiya dəyişikliklərindən sonra sənədin üç oxunuşda müzakirəyə çıxarılması və qəbulu nəzərdə tutulur.
Mayın 31-də, sonuncu plenar iclasda isə dövlət himninin səslənməsi və oxunması ilə yaz sessiyası öz işini başa vuracaq.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az