Milli Məclis niyə toplaşır, HANSI MƏSƏLƏLƏRİN MÜZAKİRƏSİ GÖZLƏNİLİR? – YENİLƏNİB

Bu gün Milli Məclisin (MM) 2019-cu il payız sessiyası çərçivəsində ikinci plenar iclası keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, iclasın gündəliyinə hələlik 13 məsələ daxil edilib.

Qeyd edək ki, ikinci plenar iclasın öncə oktyabrın 18-də keçirilməsi nəzərdə tutulsa da, dünən səhər saatlarında iclasın qabağa çəkilməsi, oktyabrın 8-də keçirilməsi qərara alınıb.

Bu da öz növbəsində bir qədər gözlənilməzliyə və bəzi sualların yaranmasına səbəb olub.

Yəni, ikinci iclasda hansısa fövqəladə əhəmiyyət daşıyan müzakirənin açılmasının nəzərdə tutulub-tutulmadığı ilə bağlı mülahizələr, suallar yaranıb.

Bu yöndə isə dəqiq cavab yoxdur…

Qeyd edək ki, plenar iclas həmişə olduğu kimi, saat 12:00-da öz işinə başlayacaq.

***

İclasın tələsik çağırılma səbəbi məlum olub.

İclasda yeni baş nazir təsdiqlənəcək.

Novruz Məmmədovu prezidentin köməkçisi Əli Əsədov əvəzləyəcək.

Etikxeber.az

 

Read Previous

Tüstüdən boğulma ehtimalı ilə 4 nəfər müraciət edib – SƏHİYYƏ NAZİRLİYİ

Read Next

Novruz Məmmədov gedir – ƏLİ ƏSƏDOV GƏLİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir