Milli Məclisdə Əli Əsədovun hesabatı ilə yanaşı-ELMAN RÜSTƏMOVUN DA MƏSƏLƏSİNƏ BAXILACAQ…

Milli Məclisin (MM) 2020-ci il aprelin 9-da keçiriləcək iclasının gündəliyinə təklif olunan məsələlər açıqlanıb.

Etikxeber.az xəbər verir ki, bu barədə MM-in saytında məlumat verilib.

Gündəlikdə aşağıdakı məsələlər yer alıb:

1.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı barədə.

2. E.S.Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında.

3.”Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

4.Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

5.”Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

6. “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin üzvləri vəzifəyə beş il müddətinə təyin edilirlər.

Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini və digər müavinləri də beş il müddətinə vəzifəyə təyin olunurlar.

E. Rüstəmov axırıncı dəfə MM-in 2015-ci ilin 3 aprel tarixində keçirilən iclasında Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə təsdiq edilmişdi.

Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyevdir.

Baş bankir Elman Rüstəmovun müavinləri isə Vadim Xubanov və Aftandil Babayevdir.

Onlar 2017-ci ilin mart ayında MM-in qərarı ilə Mərkəzi Bankın İdarə Heyətinin üzvləri seçiliblər.

Etikxeber.az

Read Previous

“Polis əməkdaşı vətəndaşdan sənəd tələb edəndə özünü təqdim etməlidirmi?”-BAŞ REDAKTOR İBRAHİM MƏMMƏDOV VƏ EHSAN ZAHİDOVA MÜRACİƏT ETDİ…

Read Next

YENİ “MARŞAL PLANI” DÜNYANI XİLAS EDƏCƏKMİ?-Politoloqun baxışı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir