Milli Məclisin 4-cü plenar iclası martın 30-da keçiriləcək-İCLASIN GÜNDƏLİYİNƏ 16 MƏSƏLƏ DAXİLDİR

6-cı cağırış Milli Məclisin (MM) 4-cü plenar iclası martın 30-da keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, artıq plenar iclasın gündəliyi məlum olub.

Gündəliyə 16 məsələ daxildir:

“Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-nə dək müddətli həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması haqqında qanun layihəsidir.  “Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilməsi Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında qanunna dəyişiklik edilməsi Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli qanunu ilə tətbiq edilmiş Azərbaycan Respublikası Milli Məclisinin daxili nizamnaməsində dəyişiklik edilməsi haqqında qanun layihəsi, Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında qanuna dəyişiklik edilməsi barədə, Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının orden və medallarının təsdiq edilməsi haqqında qanuna dəyişiklik edilməsi və sairə.

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

Etikxeber.az

Read Previous

“Məsuliyyət və vicdan hissini unutmaq olmaz…”-ELDƏNİZ SƏLİMOV

Read Next

QHT-lərə Dövlət Dəstəyi Şurası da-KMDF-YƏ İANƏ KÖÇÜRÜCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir