Milli Məclisin Aqrar siyasət komitəsi: 3 ELDAR-ELDAR İBRAHİMOV, ELDAR QƏHRƏMANOV, ELDAR QULİYEV VƏ TAHİR RZAYEV, SABİR HACIYEV…

6-cı çağırış Milli Məclisin (MM) ilk iclasında rəhbərliyi yenilənən komitələrdən biri də Aqrar siyasət komitəsi (daimi komissiyası) olub.

Komitənin sədri vəzifəsində professor Eldar İbrahimovu 5-ci dəfə MM-in üzvü seçilən, uzun illər MM-in Regional məsələlər, o cümlədən, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü olan Tahir Rzayev əvəzləyib.

Sədr müavini vəzifəsində professor Eldar Quliyevi isə ixtisasca hüquqşünas olan, Mütəllibov hakimiyyəti dövründə dövlət müşaviri işləyən və Vətəndaş Birliyi Partiyasının (VBP) sədri Sabir Hacıyev əvəz edib.

Bəs görəsən, 1995-2020-ci illərdə bu komitəyə kimlər rəhbərlik ediblər, tanınmışlardan kimlər bu komitənin üzvləri olublar?

Etikxeber.az-ın araşdırmasına görə, 1995-ci ildə, birinci çağırış MM-də Aqrar siyasət komitəsinin (daimi komissiyanın) ilk sədri məşhur “91-lər”-dən, hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüskarlarından və yaradıcılarından olan, hər zaman müstəqil mövqeyi və nüfuzu ilə tanınan E. İbrahimov seçilib.

Onun müavini isə əslən oğuzlu, sabiq rektor Eldar Qəhrəmanov seçilib.

İkinci çağırışda, 2000-2005-ci illərdə E. İbrahimov sədr, E. Qəhrəmanov sədr müavini vəzifəsini icra ediblər.

Üçüncü, dördüncü və beşinci çağırışlarda da (2005-2010, 2010-2015, 2015-2020-cu illərdə) E. İbrahimova növbəti dəfə etimad göstərilib, komitə sədri seçilib.

Müavin vəzifəsində isə E. Qəhrəmanovu professor E. Quliyev əvəzləyib.

6-cı çağırışda isə yuxarıda da qeyd edildiyi kimi, MM-in və YAP-ın fəal üzvlərindən olan T. Rzayev sədr, 4-cü dəfə MM-in üzvü olan S.Hacıyev sədr müavini seçilibllər.

E. İbrahimov öz növbəsində başqa bir komissiyaya-İntizam komissiyasına sədr seçilib.

Ötən çağırışlarda adıçəkilən komitənin üzvləri arasında sabiq icra başçısı Elbrus Təhməzov, əslən samuxlu Xalis Ələsgərov, iş adamları Tahir Süleymanov, Mahir Aslanov, tanınmış yazıçı-dramaturq Hüseynbala Mirələmov, o cümlədən, Nazim Fərəcov (Sumqayıtın icra başçısı Zakir Fərəcovun qardaşı), “SUM”-un rəhbəri Ərəstun Cavadov və digərləri olub.

Komitə MM-in ən fəal komitələrindən olub.

Aqrar siyasət komitəsinin yeni tərkibi:

Tahir Musa oğlu Rzayev – Sədr

Sabir Kamal oğlu Hacıyev – Sədr müavini

Aslanov Novruzəli Davud oğlu
 
Badamov Azər Camal oğlu
 
Cəfərov Müşfiq Cəfər oğlu
 
Hacıyev Emin Məcid oğlu
 
Hüseynov Aydın Nəsir oğlu
 
İbrahimov Eldar Rza oğlu 
  
Məmmədov İqbal Nəriman oğlu
 
Paşazadə Cavanşir Hümmət oğlu
 
Səlimov Eldəniz Adil oğlu

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Son sutkada ABŞ-da koronavirusdan ölənlərin sayı rekord həddə çatdı-1423 NƏFƏR DÜNYASINI DƏYİŞDİ

Read Next

Karantin rejimi dövründə 18775 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb-DYP

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir