Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi: RZA İBADOV, NAİRƏ ŞAHTAXTİNSKAYA, SƏMƏD SEYİDOV, GÜLTƏKİN HACIBƏYLİ, SEVİNC FƏTƏLİYEVA…

6-cı çağırış Milli Məclisin (MM) ilk iclasında digər komitələr kimi, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin də sədr və sədr müvinləri seçilib.

Digər komitələrdən fərqli olaraq, adıçəkilən komitənin sədri və sədr müavini başqaları ilə əvəzlənməyib.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri (2003-cü ilin sonlarından) Səməd Seyidov yenidən komitənin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva isə növbəti dəfə sədr müavini seçiliblər.

Ancaq bununla belə, komitənin tərkibi xeyli dəyişib, komitəyə yeni millət vəkilləri daxil olublar.

Bəs görəsən, 1995-2020-ci illərdə bu komitəyə kimlər rəhbərlik ediblər, tanınmışlardan kimlər bu komitənin üzvləri olublar?

Etikxeber.az-ın araşdırmasına görə, birinci çağırış MM-də, 1995-2000-ci illərdə bu komitəyə (daimi komissiyaya) əslən naxçıvanlı olan və hazırda Böyük Britaniyada mühacir həyatı yaşayan Rza İbadov sədr seçilib.

Adıçəkilən komitənin sədr müavini isə uzun illər xaricdə yaşayan və məşhur Şahtaxtinskilər nəslindən olan tarix elmləri dokroru Nairə Şahtaxtinskaya seçilib.

Komitənin üzvləri arasında sabir AMİP-çi-mərhum Şadman Hüseyn, YAP-ın sabiq sədr müavinlərindən və eks-nazirlərdən olan Əli Nağıyev və digərləri olub.

2000-ci ildə, ikinci çağırış MM-də isə komitənin rəhbərliyi dəyişdirilib.

İlk dəfə millət vəkilləri seçilən-professor, sabiq rektor S. Seyidov komitənin sədri, ixtisasca şərqşünas və hüquqşünas olan filologiya elmləri üzrə fəlsəfə doktoru Gültəkin Hacıbəyli sədr müavini seçiliblər.

Komitənin yeni üzvləri arasında ilk dəfə millət vəkilləri seçilənlərdən akademik Rafael Hüseynov, iş adamı Azər Kərimli, sonradan Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin sədri təyin edilən sabiq səfir Nazim İbrahimov, o zamanlar AXCP sədrinin müavini və hazırda Demokratik İslahatlar Partiyasının (DİP) sədri olan Asim Mollazadə və digərləri olublar.

Üçüncü çağırışda, 2005-2010-cu illərdə komitənin rəhbərliyi dəyişməyib.

S. Seyidov sədr, G. Hacıbəyli sədr müavini olublar.

Ancaq komitənin yeni üzvləri arasında yazıçı Əkrəm Əylisli, sabiq Müsavatçı deputat- professor Nəsib Nəsibli, hazırda MM-in Mədəniyyət komitəsinin sədri olan professor Qənirə Paşayeva və digərləri olublar.

Onu da qeyd edək ki, ikinci və üçüncü çağırışlarda sözügedən komitənin üzvü olanların böyük əksəriyyəti həmçinin, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətində təmsil olunublar.

4-cü çağırışda, 2010-2015-ci illərdə isə komitənin sədr müavini yenisi ilə əvəzlənib.

Belə ki, 2009-2010-cu illərdə hakimiyyətlə bəzi məsələlərdə fikirləri üs-üstə düşməyən G. Hacıbəyli növbəti dəfə seçkilərə qatılmayıb və onun yerinə ilk dəfə millət vəkili seçilən BSU-nun kafedra müdiri, sabiq nazir qızı Sevinc Fətəliyeva seçilib.

5-ci çağırışda da (2015-2020-ci illərdə) komitənin sədri və sədr müavini dəyişdirilməyib, S. Seyidov 4-cü dəfə sədr, S. Fətəliyeva ikinci dəfə sədr müavini seçiliblər.

6-cı çağırışa gəlincə, yuxarıda da da qeyd edildiyi kimi, komitənin tərkibi dəyişikliyə məruz qalsa da, rəhbərlik olduğu kimi, qalıb, S. Seyidov 5-ci dəfə sədr, S. Fətəliyeva 3-cü dəfə sədr müavini təsdiqləniblər.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri:

Sahib Alıyev, Nigar Arpadari, Kamran Bayramov, Cavanşir Feyziyev, Tural Gəncəliyev, Ramil Həsən, Azər Kərimli, Nəsib Məhəməliyev, Ramin Məmmədov, Sevil Mikayılova, Asim Mollazadə, Rasim Musabəyov, Elman Nəsirli və Xalq şairi Sabir Rüstəmxanlı.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“31 martın cavabını verəcəklər və hər zaman lənətlənəcəklər”-MM-İN KOMİTƏ SƏDRİ

Read Next

“İllər boyu baş vermiş soqırım nəticəsində həlak olmuş azərbaycanlıların ümumi sayı 500 min nəfərdən çoxdur…”-VİTSE-SPİKER

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir