MM-in iclası başladı-SAHİBƏ QAFAROVA VƏ ŞUŞALI QIZ ŞUŞANIN İŞĞALINDAN DANIŞDI – YENİLƏNİB – (4)

Bu gün Milli Məclisin (MM) növbəti-10-cu plenar iclası keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, gündəliyə 18 məsələ daxil edilib.  

Gündəliyə daxil edilən məsələlər aşağıdakılardır:

“GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Nizamnaməsində dəyişikliklər edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.“Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).“Hərbi qulluqçuların statusu haqında”, “İnzibati icraat haqqında”, “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”də və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).Azərbaycan Respublikasının 1996-cı il 17 mart tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsiqaydaları haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.Azərbaycan Respublikasının Cinayət-ProsessualMəcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”  Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).“İstehsalat və məişət tullantıları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında” və “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).“Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).Azərbaycan Respublikasının Mülki Məcəlləsində və Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).“Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Qiymətləndirmə fəaliyyəti haqqında” və “İcra məmurları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

İclas saat 11:00-da başlayacaq.

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

Deputatlar yenə bir-birindən iki metr aralıda əyləşəcək, tibbi masklar və əlcəklərdən istifadə edəcəklər.

***

MM-in iclası öz işinə başlayıb.

İclasa spiker S. Qafarova sədrlik edir.

***

Spiker S. Qafarova MM-in iclasının həm kədərli, həm də əlamətdar günlərə təsadüf etdiyini bildirib.

Qeyd edib ki, düz 28 il öncə Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhəri ermənilər tərəfindən işğal olunub.

Onun sözlərinə görə, ölkədəki qaçqın və məcburi köçkünlərin 22 mini məhz şuşalılardır.

O, ölkə Prezidentinin apardığı siyasət nəticəsində işğal altındakı bütün torpaqların, o cümlədən, qədim Şuşanın işğaldan azad, bölgədə uzunmüddətli sülhə nail olunacağını bildirib.

Sonra spikerin təklifi ilə Şuşada qəhrəmancasına həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

***

Bunun ardınca parlamentdə Şuşa sakini Əsra Məmmədli çıxış edib.

O, çıxışında valideynlərinin, nənə-babasının Şuşada doğulduğunu bildirib:

“Amma mən təəssüf ki, Şuşada doğulmamışam. Heç görməmişəm də. Sizcə, bu, necə hissdir? Mən Şuşanı valideynlərimdən dinləmişəm. Bilirəm ki, məni anlayırsınız. İstəyirəm ki, hisslərimi dünyaya çatdırasınız. Qoy duysunlar ki, şuşalı olub Şuşanı görməmişəm”.

Daha sonra spiker 9 May Qələbə günü və 10 may mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə bağlı fikirlərini bildirib.

Spiker bildirib ki, H.Əliyev millətimizin şərəf və ləyaqət rəmzinə çevrilib:

“1960-cı illərin axırlarında və 1990-cı illərin əvvəlində ulu öndərin hakimiyyətə hər iki gəlişi zamanı Heydər Əliyev ona bəslənən ümidləri doğruldub. Onun başladığı bütün işlər bu gün eyni əzm və iradə ilə davam etdirilir. İlham Əliyev ölkəmizi bu gün dünyanın ən dinamik inkişaf edən ölkələrdən birinə çevirib”.   

***

“Böyük Vətən Müharibəsində qələbənin əldə edilməsinə Azərbaycan xalqı böyük töhfələr verib”.

Bunu da S. Qafarova deyib.

O, bildirib ki, müharibə dövründə Azərbaycandan 680 mindən çox adam cəbhəyə çağırılıb, onların 40 min nəfəri cəbhəyə könüllü gedib: “320 minə qədər həmvətənimiz döyüş meydanlarından geriyə qayıtmayıb. Müharibə illərində əsgərlərimiz böyük qəhrəmanlıq göstəriblər. 400 mindən çox azərbaycanlı döyüş orden və medalları ilə təltif edilib, 130  nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.  Azərbaycanda həmin dövrdə 5 milli diviziya təşkil edilmişdi. Bu diviziyalardan biri – məşhur 416-cı Azərbaycan Taqanroq diviziyası Berlinə ilk daxil olan hərbi birliklərin sırasında olub”.

Spiker qeyd edib ki, Azərbaycanın oğul və qızları faşizmə qarşı müqavimət hərəkatında da fəal iştirak ediblər: “Bu gün müharibə veteranları cəmiyyətimizin ən hörmətli üzvləri kimi dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunurlar. Azərbaycan Prezidentinin sərəncamları ilə onlara, eləcə də müharibədə həlak olmuş və ya vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə mütəmadi maddi yardım verilir. Bununla yanaşı, müharibə veteranları mənzil və fərdi minik avtomobilləri ilə təmin olunur və digər güzəştlərdən istifadə edirlər”.

S. Qafarova vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanda Azərbaycan tarixinə yeni bir qələbə günü, erməni faşizminin məğlub edilməsi, Qarabağın azad edilməsi, haqq-ədalətin bərpa olunması ilə bağlı bayram günü daxil olacaq.

***

Şuşalı Ə. Məmmədlinin çıxışı-TAM MƏTN:

Mən Şuşadanam.

Atam da, anam da, babam da, ulu babam da Şuşadandır. Babalarımın əcdadları da Şuşadandır. Amma təəssüf ki, mən Şuşada doğulmamışam. Nəinki, doğulmamışam, heç Şuşanı görməmişəm də. Sizcə, bu necə hissdir?

Mən Şuşamız barədə yalnız ata-anamın və nənə-babalarımın danışdıqları qədər bilirəm.

Bu isə o deməkdir ki, mən də atam və ulu babalarım qədər Şuşalıyam. Bilirəm ki, məni çox gözəl anlayırsınız.

Məni hiss etməyinizi istəyirəm. Mənim səsimi dünyaya çatdırın.- Çatdırın ki, mənim çəkdiyim ağrı-acını, yaşadığım hissləri digər ölkələrdə yaxşı anlasınlar, yaxşı duysunlar.- Qoy duysunlar ki, Şuşalı olub, Şuşanı görməmişəm.- Şuşalıyam,fəqət anam mənə Şuşada Layla oxumayıb- Şuşalıyam, lakin Cıdır düzündə, gül-çiçək arasında ayaqyalın qaçmaq da mənə nəsib olmayıb.

– Şuşalıyam, Şuşanın qarlı, dumanlı dağlarını görməmişəm.- Şuşalıyam, Şuşanın bulaqlarının suyunu içməmişəm- Şuşalıyam, Xarı bülbülün çiçək açmasını görməmişəm.- Şuşalıyam, Şuşada Qarabağ şikəstəsini eşitməmişəm,- Hiss edirsiniz məni? Qoy Dünya da anlasın və hiss etsin ki, Şuşa mənim doğma torpağımdır.

Qoy hamı anlasın və hiss etsin ki, Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır! Torpaq isə müzakirə olunmur.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Dağlıq Qarabağ Problemi üzrə Araşdırmalar İnstitutu” yaradılmalıdır…”-FATMA YILDIRIMDAN ŞUŞA İLƏ BAĞLI YAZI VƏ TƏKLİF

Read Next

DTX bu dəfə Əbülfəs Qarayevin “nazirliyi”ndə-ƏMƏLİYYATA BAŞLADI – KİMLƏR SAXLANILDI? – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir