Milli Məclisin fotoqrafı-DÜNYASINI DƏYİŞDİ…

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Talıbov Şamil Asim oğlu sentyabrın 25-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

Etikxeber.az xəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb.

Milli Məclisin rəhbərliyi Şamil Talıbovun vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, Şamil Talıbov Azərbaycan Fotoqraflar Birliyinin üzvü olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən öncə bir sıra qurumlarda çalışıb və müxtəlif foto müsabiqələrinin qalibi olub. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi kimi də işi foto ilə bağlı olub.

Etikxeber.az

Read Previous

27 sentyabra gedən 200 illik qanlı və şanlı yol!-ELDAR İBRAHİMOV YAZIR

Read Next

Bakıda 26, bölgələrdə 30 dərəcə isti olacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir