Milli Məclisin iclası-DEPUTATLAR 13 MƏSƏLƏNİ MÜZAKİRƏDƏN KEÇİRDİ, “SAQİYAN” CİDDİ MÜBAHSİLƏRƏ SƏBƏB OLDU, AYDIN MİRZƏZADƏDƏN TÜRKİYƏYƏ DƏSTƏK, NÖVBƏTİ İCLAS AYIN 18-DƏ OLACAQ – YENİLƏNİB – (3)

Milli Məclisin (MM) növbəti plenar iclası öz işinə başlayıb.

Etikxeber.az-ın məlumatına görə, iclasın gündəliyində 13 məsələ var.

Gündəlikdə olan məsələlər bunlardır:

1. Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.

2. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş). 

4. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş). 

5. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş). 

6. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş). 

7. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş). 

8. “Bədən tərbiyəsi və idman haqqında”, “Peşə təhsili haqqında” və “”Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş). 

9. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş). 

10. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş). 

11. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə  Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş). 

12. “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş). 

13. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

İclasa spiker Sahibə Qafarova sədrlik edir.

10:59

***

İclas cari məsələlərin müzakirəsi olmadan keçirilir.

MM-in Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov ilk öncə həm açıq, həm də gizli düşmənlə aparıldığını xatırladaraq bildirib ki, artıq gizli düşmənlər yavaş-yaş baş qaldırmağa başlayıblar.

Onun sözlərinə görə, ayrı-ayrı ölkələrdə bəzi qüvvələr, dairələr yenidən ölkəmizə qarşı aniAzərbaycan təbliğatına, fəaliyyətinə start veriblər.

Komitə sədri bu baxımdan hər kəsi diqqətli olmağa, həmrəylik göstərməyə, açıq və gizli düşmənlərə qarşı birgə fəaliyyət sərgiləməyə çağırıb.

Sonra gündəliyin birinci məsələsi barədə məlumat verən komitə sədri bildirib ki, Şamaxı rayonunun “Saqiyan” kəndinin “Günəşli” adlandırılması təklif olunur.

“Biz bu kəndin adının mənasını araşdırdıq, heç nə tapmadıq. Heç bir mənanı ifadə etmir. Odur ki, bu kəndin adının dəyişdirilməsi məqsədəuyğundur. Biz də dövlət başçısından gələn bu təklifi, qanun layihəsini dəstəkləyirik”-deyə, o, əlavə edib.

***

MM-inİnsan hüqauqları komitəsinin sədr müavini Tahir Kərimli isə kəndin adının dəyişdirilməsi ilə bağlı naratlığını bildirib.

Qeyd edib ki, “Saqiyan”ın ermənilərlə heç bir əlaqəsi, bağlılığı yoxdur.

Millət vəkilinin iddiasına görə, bu, daha çox qədim “sak” tayfalarının adı ilə bağlıdır.

“Ona görə hesab edirəm ki, kəndin adının bu anlamda dəyişdirilməsinə ehtiyac yoxdur”.

Millət vəkili Aydın Mirzəzadə öz növbəsində təklifi, qanun layihəsini dəstəkləyəcəyini bildirib.

Bildirib ki, dəyişdirilmə ilə bağlı gətirilən arqumentlər əsaslıdır.

AMEA-nın birinci vitse-prezidenti İsa Həbibbəyli iddia edib ki, burada alimlərin, AMEA əməkdaşlarının birmənalı mövqeyini ifadə edir, həmin mövqe də ondan ibarətdir ki, “Saqiyan”ın “sak” tayfaları ilə heç bir bağlılığı yoxdur.

11.17

***

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq, qəbul olunub.

11:22

***

A. Mirzəzadə eyni zamanda çıxışında ABŞ-ın Türkiyəyə qarşı sanksiyasına münasibətini bildirib.

O, dünən axşam verilən sanksiyiya kəskin etirazını ifadə edib.

Bildirib ki, Türkiyə Azərbaycana qardaş ölkədir və onu hər mənadaTürkiyəni dəstəkləyir.

“Mən hesab edirəm ki, Türkiyənin müstəqil qərar vermək hüququna hörmətlə yanaşılmalıdır”-deyə, o, əlavə edib.

11:30

***

Payız sessiyasının növbəti plenar iclası dekabr ayının 18-də keçiriləcək.

Bu barədə iclasın sonunda S. Qafarova məlumat verib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Hazırda bank sistemi ilə bağlı Mərkəzi Bankda yeni qanun layihəsi üzərində iş gedir…”-TAHİR MİRKİŞİLİ – SİYAVUŞ NOVRUZOVDAN BANKLARA İTTİHAM, QÜDRƏT HƏSƏNQULİYEV VƏ VAHİD ƏHMƏDOVDAN BANKLARA ÇAĞIRIŞ YENİLƏNİB – (3)

Read Next

“Rauf: Bağışlayan, acıyan, çox mərhəmətli Şəhid”-MM-İN KOMİTƏ SƏDRİ YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir