Parlamentin iclası – BAŞLADI – OMBUDSMAN VƏ MM MƏSƏLƏSİ MÜZAKİRƏDƏ – SƏBİNƏ ƏLİYEVA İKİNCİ OMBUDSMAN OLDU – YENİLƏNİB – (2)

Mill Məclisin (MM) növbəti plenar iclası öz işinə başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, iclasda 2020-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin üçüncü-sonuncu oxunuşda müzakirələri keçirilir.

İclasa hökumət üzvləri də qatılıblar.

Qeyd edək ki, büdcə müzakirələrinə bu gün bütövlükdə yekun vurulacaq.

İclasda eyni zamanda, daha bir neçə qanun layihəsi, o cümlədən, yeni Ombudsmanın seçilməsi məsələsi müzakirə olunacaq.

***

Qeyd edək ki, MM-in gündəliyinə daha bir-23-cü məsələ də daxil edilib.

Belə ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan deputatların parlamentin buraxılması ilə bağlı müraciəti MM-ə daxil olub.

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib.

İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib.

Qərara əsasən, partiyanı təmsil edən deputatlara MM-in buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.

***

Hazırda Ombudsmanlığa namizədlərlə bağlı məsələyə baxılır.

Məsələ barədə MM sədrinin müavini, parlamentin İnsan hüquqları  komitəsinin sədri Bahar Muradova məlumat verib.

O, xatırladıb ki, Ombudsmanlığa 3 nəfər namizəd var və onlar bu şəxslərdir: Səbinə Əliyeva, Kəmalə Abıyeva və Kəmalə Əliyeva.

B. Muradovanın məlumatından sonra  müzakirələr başlanılıb və ilk olaraq, millət vəkili Elmira Axundova çıxış edib.

O, ilk Ombudsman Elmira Süleymanovanın fəaliyyətini olduqca müsbət dəyərləndirib və yeni Ombudsmana da fəaliyyətində uğurlar arzulayıb.

***

Millət vəkili Qüdrər Həsənquliyev, Azər Badamov Əli Hüseynli namizədlərdən Səbinə Əliyevanın ( millət vəkili Siyavuş Novruzovun xanımı) Ombudsmanlığa namizədliyini dəstəkləyiblər.

Sonra səsvermə keçirilib və S. Əliyeva 104 səslə Azərbaycanın ikinci Ombudsmanı seçilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Büdcə zərfi – ÜÇÜNCÜ OXUNUŞDA QƏBUL EDİLDİ

Read Next

Bitərəflər də MM-in buraxılmasına “HƏ” deyir – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir