Milli Məclisin iclasları dekabrın 20-nə qədər elektron formada keçiriləcək-KARANTİN MİLLƏT VƏKİLLƏRİNƏ ŞAMİL OLUNMAYACAQ – YENİLƏNİB

“Deputat statusu haqqında” qanuna və Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik ediləcək. 

Etikxeber.az-ın məlumatına görə, bu barədə qanun layihələri Milli Məclisin martın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Dəyişikliklər Milli Məclisin plenar iclaslarının 2020-ci il dekabrın 20-nə qədər elektron keçirilməsi qaydası və karantin rejiminin deputatlara şamil olunmamasını nəzərdə tutur.

***

“Milli Məclisin yaşı 65-dən yuxarı olan deputatlardan xahiş olunacaq ki, karantin qaydalarına əməl olunsun”.

Bunu isə mətbuata açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.

Onun sözlərinə görə, Milli Məclisin martın 30-da keçiriləcək iclasında iştirak edəcək deputatlar və əməkdaşlar koronavirus təhlükəsi ilə bağlı sabahdan test yoxlamasından keçiriləcək.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində elan etdiyi xüsusi karantin rejiminə əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib.

Etikxeber.az

Read Previous

“Daşlara, mərmərlərə, məqbərlərə ziyarətçi sürüsü azalacaq…”-FAZİL MUSATAFA YENƏ SƏRT DANIŞDI

Read Next

Tahir Mirkişili də-ONLAYN İCLAS KEÇİRDİ VƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir