Milli Məclisin İntizam komissiyası: ƏSASNAMƏ YOXSA QANUN? – AÇIQLAMA

“Milli Məclisin İntizam komissiyasının Əsasnaməsi haqqında” qanun layihəsi parlamentin qarşıdan gələn payız sessiyasının plenar iclasına tövsiyə olundu.

Bu haqda Etikxeber.az-a özəl açıqlamasında Milli Məclisin (MM) İntizam komissiyasının sədri Eldar İbrahimov bildirib.

Qeyd edib ki, bu məsələ bu gün adıçəkilən komitə ilə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında müzakirə olunub.

“Biz əvvəlcə, sadəcə, İntizam komissiyasının Əsasnaməsi ilə bağlı yeni sənədi nəzərə tuturduq. Əsasnamıə layihəsi də cəmi bir oxunuşdan keçir. Ancaq belə qərara gəldik ki, bunu qanun layihəsi kimi müzakirələrə çıxaraq və üç oxunuşdan keçirib, qəbul edək. Beləliklə, qanun layihəsi “Milli Məclisin İntizam komissiyasının Əsasnaməsi haqqında” adlanır. Çox güman ki, onu payız sessiyasında plenar iclasların müzakirələrindən keçirib, qəbul edə biləcəyik. Buna ciddi ehtiyac duyulur”-deyə, E. İbrahimov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Sanki bu torpaqlar ermənilərin dədə-babalarının torpağıdır, istədiklərinə “peşkəş” edə bilərlər…”-JALƏ ƏLİYEVADAN BMT-YƏ, ATƏT-Ə, HƏMSƏDRLƏRƏ KƏSKİN İTTİHAMLAR…

Read Next

MM-in Mədəniyyət komitəsi və Mədəniyyət Nazirliyi telekanallarının, medianın iştirakı ilə-MÜZAKİRƏLƏR KEÇİRƏCƏK – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir