MM-in növbədənkənar sessiyasının ikinci plenar iclası-BAŞLADI – YENİLƏNİB – (1)

Bu gün Milli Məclisin (MM) növbədənkənar sessiyası çərçivəsinə ikinci plenar iclası keçiriləcək. 

Etikxeber.az-ın məlumatına görə, iclasın gündəliyinə 3 məsələ daxil edilib.

Bunlra aşağıdakılardır:

1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

2. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

Gündəliyə daxil edilən birinci məsələ (“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (üçüncü oxunuş) karantin dövründə maskadan istifadə tələblərinin pozulmasına görə cərimələrlə, gündəliyə daxil edilən üçüncü məsələ (“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (üçüncü oxunuş) isə əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlərin cərimələnməsi ilə bağlıdır.

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

Deputatlar yenə bir-birindən iki metr aralıda əyləşəcək, tibbi maskalar və əlcəklərdən istifadə edəcəklər.

Qeyd edək ki, növbədənkənar sessiyasının bu ayın sonları və ya gələn ayın ortalarına kimi davam etməsi gözlənilir.

06:55

***

İclas öz işinə başlayıb.

İclasa spiker S. Qafarova sədrlik edir.

11:00

***

İclas işini cari məsələlərin müzakirəsi ilə davam etdirir.

Millət vəkillərindən Fazil Mustafa, Razi Nurullayev, Şahin İsmayılov və digərləri çıxış ediblər.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək-SABAH

Read Next

Fazil Mustafa “Hərbi dərslər”in vacibliyindən-RAZİ NURULLAYEV “ÖRÜŞ YERLƏRİ”NDƏN DANIŞDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir