Milli Məclisin üzvü olmuş-söz və sənət adamları-BƏXTİYAR VAHABZADƏ, ANAR, ZEYNƏB XANLAROVA, MUSA YAQUB, ŞƏFİQƏ MƏMMƏDOVA, CABİR NOVRUZ…

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə parlamentinə-Milli Məclisə (MM) keçirilən seçkilərdə bir çox sənət və peşə sahibləri ilə yanaşı, sənət adamları, yaradıcı şəxslər də ali qanunverici orqana seçiliblər.

Həmin sənət adamlarının, yaradıcı şəxslərin arasında tanınmış şairlər, yazıçılar, aktyorlar (aktrisalar) və digərləri olub.

Etikxeber.az-ın xəbərinə görə, MM-in üzvi olan söz adamlarından biri-“İstiqlal”çı deputat, Xalq şairi-mərhum Bəxtiyar Vahabzadə olub.

O, birinci və ikinci çağırış MM-in üzvü seçilib.

İstiqlal şairi eyni zamanda, sovetlər dövründə iki cağırış Ali Sovetin deputatı olub.

Məşhur “43-lər”dəndir

Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar da birinci və ikinci çağırış MM-in üzvü olub.

Həmçinin, MM-in Mədəniyyət komitəsinə rəhbərlik edib.

Bununla belə, 1989-cu ildə sonuncu çağırış SSRİ Ali Sovetinin deputatı seçilib.

Seçkilərə Müsavat Partiyasının üzvü kimi qatılan və parlamentə getdiyi üçün partiya sıralarından xaric edilən Xalq şairi-mərhum Vaqif Səmədoğlu iki çağırış MM-də təmsil olunub.

Xalq şairi ikinci və üçüncü çağırış MM-in üzvü olub, eyni zamanda, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətində təmsil olunub.

Xalq şairləri-mərhum Cabir Novruzla Musa Yaqub da bir dəfə parlamentin üzvü olublar.

Hər ikisi də bitərəf deputat olaraq, birinci çağırış MM-də təmsil olunublar.

Bununla yanaşı, Xalq yazıçıları-mərhum Maqsud İbrahimbəyovla Əkrəm Əylisli millət vəkili mandatını daşıyıblar.

M. İbrahimbəyov birinci, ikinci və üçüncü, Ə. Əylisli isə üçüncü çağırış MM-in üzvü olub.

MM-in üzvü olan söz adamları arasında yazıçı-publisist Aqil Abbas da var.

A. Abbas üçüncü, dördüncü, beşinci çağırış MM-in üvü olub.

Eyni zamanda, sonuncu seçkilərdə 4-cü dəfə qalib elan edilib.

Xalq şairi-mərhum Zəlimxan Yaqub iki çağırış MM-in üzvü olub.

Z. Yaqub birinci və ikinci çağırış MM-də deputat mandatı daşıyıb.

Xalq şairi, “İstiqlal”çı deputat, sonuncu çağırış Ali Sovetin üzvü olan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı dörd dəfə MM-də təmsil olunub.

S. Rüstəmxanlı birinci, ikinci, üçüncü və dördüncü MM-in üzvü olub.

Həmçinin, 6-cı çağırış seçkilərdə iştirak edib və qalib gəlib.

Sənətçilərdən Xalq artistləri Şəfiqə Məmmədova və mərhum Mikayıl Mİrzə parlamentdə təmsilçilik hüququ əldə ediblər.

Ş. Məmmədova birinci, M. Mirzə birinci və iki çağırış MM-in üzvü olub.

Sənətçilər arasında liderlik SSRİ Xalq artisti, “İstiqlal” və “Heydər Əliyev” ordenli Zeynəb Xanlarovaya məxsusdur.

Z. Xanlarova 5 cağırış MM-in üzvü olub, 6-cı çağırış seçkilərə qatılmayıb.

Eyni zamanda, sovetlər dövründə son iki çağırış Ali Sovetin üzvü olub.

Sənətçilərdən millət vəkili olanlar arasında Xalq artisti-mərhum aktrisa Amaliya Pənahova da var.

Tanınmış sənətkar 2-ci çağırış MM-in üzvü olub.

Söz və sənət adamlarından, yaradıcı şəxslərdə həmçinin, məşhur “Bakılı oğlanlar” (Şən və Hazırcavablar) Klubunun rəhbəri-mərhum Anar Məmmədxanov (üç çağırış), yazıçı, hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran (iki çağırış), yazıçı Hüseynbala Mirələmov (üç çağırış) və tanınmış bəstəkar Novruz Aslan (3 çağırış) MM-də təmsil olunublar.

N. Aslan 6-cı çağırış seçkilərə qatılıb və seçkilərin qalibi elan edilib.

Bəstəkar Hüseyn Abdullayev 3-cü çağırış MM-in üzvü seçilsə də, deputatlığı cəmi iki il çəkib.

2007-ci ildə MM-də baş vermiş qalmaqala görə, səlahiyyətlərinə xitam verilib…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bu, İlham Əliyev və Azərbaycan diplomatiyasının böyük qələbəsi idi…”-MİLLƏT VƏKİLİ – RƏYLƏR

Read Next

Məmmədyarov Beynəlxalq Donorlar Konfransına-QATILACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir