Milli Məclisin yaz sessiyasının iclaslarının sayı artırıldı

Milli Məclisin (MM) başa çatmaqda olan yaz sessiyasında daha bir iclas keçiriləcək.

Etikxeber.az-ın MM-də əldə etdiyi məlumata görə, yaz sessiyasının sonuncu iclasının mayın 31-də keçirilməsi nəzərdə tutulsa da, son anda dəyişiklik edilib.

Belə ki, mayın 30-da daha bir iclasın keçirilməsi qərara alınıb.

Beləliklə, mayın 30 və 31-də iki gün dalbadal plenar iclaslar keçiriləcək.

İclasların sayının artırılmasına səbəb isə qanun layihələrinin çoxluğu, xüsusilə də, 2018-ci ilin büdcəsinin icrası ilə bağlı qanun layihəsinin üç oxunuşda müzakirəsinin keçirilməsinin nəzərdə tutulmasıdır.

Əgər əvvəllər adıçəkilən qanun bir oxunuşda qəbul olunurdusa, 2016-cı ilin Konstitusiya dəyişikliklərindən sonra sənədin üç oxunuşda müzakirəyə  çıxarılması və qəbulu nəzərdə tutulur.

Mayın 31-də, sonuncu plenar iclasda isə dövlət himninin səslənməsi və oxunması ilə yaz sessiyası öz işini başa vuracaq.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Milli Məclis rəhbərliyi gəncləri parlamentə topladı…

Read Next

YAP-çı komitə sədri gəncləri sosial şəbəkələrdə fəal olmağa çağırdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir