Milli mətbuatımızın banisi Zərdabi-ZƏRDABDA ANILDI…-FOTOLAR

Zərdab rayon İcra Hakimiyyəti tərəfindən 22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar qəzet,və elektron informasiya saytlarının nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Etikxeber.az-a daxil olan məlumata görə, ölkədə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla,Zərdab rayonunda Milli Mətbuat günü qeyd olunub.

RİH başçısı Mərdan Camalzadə, millət vəkili Jalə Əliyeva, H.B.Zərdabi İrsinin Təbliği Təşəbbüs qrupunun rəhbəri Seymur Bayramov,Zərdabi nəslinin nümayəndəsi Nüsrət Məlikov,Əkinçi qəzetinin Baş Redaktoru İsaməddin Əhmədov və digər ziyalı şəxslər H.B.Zərdabinin abidəsi önünə tər gül-çiçək dəstələri düzmüş, bu dahi şəxsiyyətin parlaq xatirəsi qarşısında ehtiramla baş əyiblər.

Sonra tədbir iştirakçıları H.B.Zərdabinin ev muzeyində olub, Zərdabinin həyat və yaradıcılığı ilə yaxından tanış olublar.

Tədbiri giriş nitqi ilə açan H.B.Zərdabinin ev muzeyinin direktoru Vəfa Bayramova tədbir iştirakçılarına Milli Mətbuatın banisi Zərdabinin həyat və yaradıcılığından və keçdiyi şərəfli yoldan danışıb. O, Həsən bəy Zərdabi ideyalarını və “Əkinçi” ənənələrini yaşadan Azərbaycan mətbuatının uzun və şərəfli yol keçdiyini bildirərək “Əkinçi” qəzetinin xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynadığını, söyləyib.

Zərdab rayon İcra Hakimiyyəti başçısı M. Camalzadə mətbuat nümayəndələrinə 22 İyul – Milli Mətbuat günü münasibəti ilə təbriklərini çatdırıb.

Həmçinin diqqətə çatdırıb ki, Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsində Ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri olub.Ulu öndər Heydər Əliyevin milli mətbuata göstərdiyi diqqət və qayğının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuatın inkişafı, onun problemlərinin həlli, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb”.

Daha sonra İcra başçısı M. Camalzadə Kür ətrafında yerləşən parkda gedən tikinti, abadlıq, quruculuq və yaşıllaşdırma işləri ilə yaxından tanış oldu.

Qeyd edək ki,Ölkə başçısı cənab İlham Əliyevin 12 noyabr 2019-ci il tarixində imzaladığı sərəncama əsasən Zərdab rayonuna icra başçısı təyin olunmuş M. Camalzadə Zərdab rayonunda mühüm tikinti, abadlıq, quruculuq və yaşıllaşdırma işləri həyata keçirib.

Bunun bariz nümunəsi son bir neçə ay ərzində müasir tərtibatda tamamilə yenidən inşa edilərək istifadəyə verilən Həsən bəy Zərdabi Parkıdır.

Etikxeber.az

Read Previous

“Haqlı mövqeyimiz, uzun illər ərzində qazandığımız etimad artıq öz bəhərələrini geniş surətdə verməkdədir…”-MİLLƏT VƏKİLİ

Read Next

“Koronavirusa yoluxan jurnalist Əmrah Fəqanoğlu süni tənəffüs cihazına qoşulub, vəziyyəti ağırdır”-TƏBİB-DƏN ACIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir