Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elşən Rövşən oğlu Kərimovun doğum günüdür.
Elşən Kərimovun sabah 23 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Qeyd edək ki, Cənnətdəki dördüncü doğum günü ilə bağlı sabah, 26 iyun 2024-cü il tarixində-səhər saatlarında Şəhidin məzarı ziyarət olunacaq.
Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, “Quran” oxunacaq, məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndiriləcək.
Sonra Şəhidin Cənnətdəki dördüncü doğum günü ilə bağlı ata ocağında adına ehsan veriləcək, bir daha ruhuna dualar oxunacaq, eyni zamanda, adına hazırlanmış tort kəsiləcək.
Etikxeber.az xəbər verir ki, Elşən Kərimov 2001-ci ilin 26 iyun tarixində, Milli Ordu Günündə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində sadə bir ailədə dünyaya gəlib.
7 bacının tək qardaşı olub.
2007-2018-ci illərdə Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbdə təhsil alıb.
Orta təhsilli olub.
Orta məktəbi bitirdikdən bir müddət sonra, 2019-cu ilin yayında həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb.
İkinci Vətən Müharibəsi zamanı isə Azərbaycan Ordusunun-bir il üç ayın Əsgəri kimi döyüşlərdə iştirak edib.
Axırıncı dəfə ailəsi ilə oktyabrın 12-də, axşam saatlarında danışıb.
Atasına “Narahat olma, indi heç nə deyə bilmirəm, “alınmaz torpaqlar”dayıq…”-deyib.
Müharibənin 18-ci günündə, oktyabrın 14-də, axşam saatlarında isə Füzuli istiqamətində, cəmi 19 yaşında qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Şəhidliyi xəbəri ailəsinə, atasına 15-i günü-günorta saatlarında bildirilib.
Və nəşi bir gün sonra, oktyabrın 16-da Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra 3 medalla təltif edilib.
Hazırda Qızılhacılı qəsəbəsində-ailəsinin yaşadığı küçə Onun adını daşıyır.
O, həm də subay olub.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az