Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Eltun İsgəndərovun adı verilib.
Etikxeber.az xəbər verir ki, bununla bağlı Baş nazir Novruz Məmmədov qərar imzalayıb.
Qərara əsasən, Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Eltun Xaləddin oğlu İsgəndərovun adı verilib.
Təhsil Nazirliyi və Samux Rayon İcra Hakimiyyəti bu qərardan irəli gələn məsələləri həll etməlidir.
Etikxeber.az