Milli Qəhrəman Naiq Yusifovun büstünün açılışı oldu – FOTOLAR

Tovuzda Milli Qəhrəman Naiq Yusifovun büstünün açılışı olub.

Etikxeber.az-ın xəbərinə görə, açılışda Tovuz rayon icra başçısı Tofiq Zeynalov, millət vəkili Qənirə Paşayeva, ziyalılar, ictimaiyyət nümayəndələri, Ağdam kənd sakinləri və məktəblilər iştirak ediblər.

Tovuz rayon icra başçısı T.Zeynlanov geniş çıxış edərək N. Yusifovun qəhrəmanlığından, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş tovuzlular haqqında danışaraq “bu gün də işğal altında olan torpaqlarımızı işğaldan azad etmək üçün hər birimiz Ali Baş Komandanın əmrinə hazır olmalıyıq və hazırıq” – deyib.

Çıxışına “dəyərli şəhid qardaşımızın, onun əziz ana və atasının, bütün şəhidlərimizin və onların ailələrinin qarşısında baş əyirəm”- deyərək, başlayan Q. Paşayeva N. Yusifovun böyüyüb boya-başa çatdığı Ağdam kəndinin Azərbaycanın qəhrəman kəndlərindən biri olduğunu bildirib və qəhrəman şəhidimizin həyat yolu ilə bağlı geniş çıxış edib:

“Mənim tanıdığım qəhrəman qardaşımız Naiq Yusifov bütün gənclərin də yaxından tanımasını və onun şəhidlik zirvəsinə gedən qəhrəmanlıqla dolu həyat yolunu hər bir gəncimizin öyrənməsini çox istəyirəm.

Ali Baş Komandanımızın söylədiyi kimi gənc nəsillərimiz qəhrəman şəhidlərimizin həyat yolundan örnək almalıdır və hər bir azərbaycanlı işğalçı Ermənistanın işğal altında saxladığı torpaqlarımızı işğaldan azad etməyə hazır olmalıdır.

Aprel zəfəri dövlətimizin və ordumuzun gücünü bir daha bütün dünyaya göstərdi və inanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edcəıyik və o gün uzaqda deyil”.

Sonra Milli Qəhrəmanın atası və anası çıxış edərək N. Yusifovla bağlı xatirələrini bölüşüblər və Ali Baş Komandanın  hər zaman Milli Qəhrəman ailələrinə, şəhid ailələrinə diqqət və qayğısından danışaraq təşəkkürlərini bildiriblər.

Daha sonra büstün açılışı olub və Milli Qəhrəmanın büstünün üzərinə rayon ictimaiyyəti gül dəstələrini qoyub.

naiq-1

Etikxeber.az

 

Read Previous

Elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi qrantlar, ianələr hesabına olacaq…

Read Next

Generallar Hava Limanında xidmətin təşkilini yoxladılar və …

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir