Milli Şura da növbəti bəyanatla çıxış etdi…

Demokratik Qüvvələrin Milli Şurası Azərbaycan Respublikası Konstitusiyasının 49-cu, İnsan Hüquqları Və Fundamental Azadlıqlar haqqında Avropa Konvensiyasının 11-ci, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 21-ci maddəsilə təminat altına alınmış sərbəst toplaşma azadlığının Azərbaycan hakimiyyəti tərəfindən 19 yanvar 2019-cu il tarixindən qadağan edildiyini və Milli Şuranın mitinq keçirməklə bağlı səkkiz rəsmi müraciətinə imtina cavabı verildiyini nəzərə alaraq 19 oktyabr 2019-cu il tarixində Bakının 28 May metrostansiyası ərazisində dinc kütləvi aksiya keçirməyə cəhd etdi. Lakin Azərbaycan qanunvericiliyi və Azərbaycanın tərəf olduğu beynəlxalq müqavilələrlə qorunan bu mühüm hüquq bu dəfə də Azərbaycan vətəndaşlarına verilmədi və 19 oktyabr mitinqində iştirak edən dinc vətəndaşlara qarşı polis orqanları, xüsusilə Çevik Polis Alayı tərəfindən vəzifə səlahiyyətlərini aşmaqla aşırı güc və zorakılıq törədildi, onlarla vətəndaş işgəncəyə və qeyri-insanı rəftara məruz qaldı, 500 nəfərə yaxın dinc nümayişçi saxlanılaraq müxtəlif polis idarələrinə aparıldı.

Etikxeber.az xəbər verir ki, bu fikir  Milli Şuranın bəyanatında səsləndirilib.

Qeyd olunur ki, aksiya zamanı onun əsas təşkilatçılarından olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə qarşı xüsusi amansızlıqla rəftar edilib.

mitinq-3

Həmçinin, bildirilib ki, saxlanılanlar arasında Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Tofiq Yaqublu, Eldəniz Quliyev və Vahid Məhərrəmli də olub. Tofiq Yaqublu 30 sutka inzibati həbs cəzası alıb, onun işgəncəyə məruz qalması barədə təsdiqlənməmiş məlumatlar daxil olur.

Mitinq günü Bakının “28 May”, “Cəfər Cabbarlı” və “Xətai” metrostansiyaları fəaliyyətini dayandırıb, Bakının bütün giriş və çıxışları, eləcə də şəhərin mərkəzi sərt polis nəzarətinə götürülüb, yollar bağlanıb.

Mitinq saatlarında bütün Bakı ərazisində internet əlaqəsi məhdudlaşdırılıb, şəhərin mərkəzində isə, ümumiyyətlə, internet olmayıb, mobil və stasionar telefonlar bağlanıb, Bakının mərkəzinin dünya ilə əlaqəsi tamamilə qapadılıb.

Bəyanatda eyni zamanda, DİN-in Xüsusi Çevik Alayı rəhbərliyinin məsuliyyətə cəlb edilməsi və sərbəst toplaşmaq azadlığına yaratdığı bütün maneələri aradan qaldırılması tələb olunub.

Etikxeber.az

 

Read Previous

“Prezidentin ətrafında sıx birləşmək zamanıdır” – ƏLİ ƏHMƏDOVDAN İKİNCİ BƏYANAT

Read Next

“İnsanların fundamental hüquq və azadlıqları tam təmin edilir…” – XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir