Milli Şuranın mitinqi insidentsiz başa çatdı – RƏSMİ

Bakı Şəhər Baş Polis İdarəsi yanvarın 19-da paytaxtda keçirilən razılaşdırılmış mitinqlə bağlı məlumat yayıb.

İdarədən Etikxeber.az-a bildiriblər ki, yanvarın 19-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Şuraya daxil olan partiyaların, hərəkatların, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2800-dək olan üzvü və təəssübkeşi iştirak edib.

Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Milli Şura üzvləri isə mitinqdə iştirak edənlərin sayının rəsmi açıqlanan rəqəmdan çox olduğunu bildiriblər.

Etikxeber.az

Read Previous

Azərbaycan və Zimbabve prezidentləri bir arada: SƏFƏR BAŞA ÇATDI – FOTOLAR – YENİLƏNİB

Read Next

20 Yanvar 1990-cı il…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir