Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mümkün qədər çox dilə yiyələnmək gözəldir, vacibdir, amma bir şərtlə ki, bünövrədə insanın doğma ana dili dayansın!
Etikxeber.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri, Azərbaycanın Macarıstandakı səfiri, professor Vilayət Quliyev öz “Facebook” statusunda yazıb.
“Zəbani-rusə ehtiyacımız çoxdur,
Bilməsək dil (rus dili nəzərdə tutulur) əlacımız yoxdur”- Azərbaycan insanı iki əsrə yaxındır ki, bu düşüncə ilə yaşayır və itirə-itirə gedir.
Dili itirmək milli şüuru, milli mənliyi itirməkdir.
Milli şüur olmayanda isə Qarabağ da itirilir, millət kimi yox olmaq təhlükəsi də reallaşmağa başlayır.
Mümkün qədər çox dilə yiyələnmək gözəldir, vacibdir, amma bir şərtlə ki, bünövrədə insanın doğma ana dili dayansın!”-deyə, V. Quliyev sonra qeyd edib.
Etikxeber.az