“Milli şüur olmayanda Qarabağ da itirilir, millət kimi yox olmaq da…” – SƏFİR

Mümkün qədər çox dilə yiyələnmək gözəldir, vacibdir, amma bir şərtlə ki, bünövrədə insanın doğma ana dili dayansın!

Etikxeber.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri, Azərbaycanın Macarıstandakı səfiri, professor Vilayət Quliyev öz “Facebook” statusunda yazıb.

“Zəbani-rusə ehtiyacımız çoxdur,

Bilməsək dil (rus dili nəzərdə tutulur) əlacımız yoxdur”- Azərbaycan insanı iki əsrə yaxındır ki, bu düşüncə ilə yaşayır və itirə-itirə gedir.

Dili itirmək milli şüuru, milli mənliyi itirməkdir.

vilayat

Milli şüur olmayanda isə Qarabağ da itirilir, millət kimi yox olmaq təhlükəsi də reallaşmağa başlayır.

Mümkün qədər çox dilə yiyələnmək gözəldir, vacibdir, amma bir şərtlə ki, bünövrədə insanın doğma ana dili dayansın!”-deyə, V. Quliyev sonra qeyd edib.

Etikxeber.az

Read Previous

BMT-nin Yaxın Şərqlə bağlı iclasına – POMPEO DA QATILACAQ

Read Next

Havanın temperaturu 40 dərəcəyə yüksələcək – SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir