Millimiz İran yığmasına qalib gəldi – FOTO

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması yanvarın 15-də 9-16-cı yerlər uğrunda görüşdə İran komandası ilə qarşılaşıb.

Etikxeber.az xəbər verir ki, Sankt-Peterburqda keçirilən oyun futbolçularımızın minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0. Qarşılaşmada vurulmuş yeganə qolun müəllifi Doğukan Öksüz olub.

Yığmamız turnirdə növbəti oyununu yanvarın 17-də Estoniya komandasına qarşı keçirəcək. Qarşılaşma yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.

Etikxeber.az

Read Previous

TARIN TARİXİNDƏ YAŞAYAN AD – Deputat

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 42 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir